1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıda bələdçilər üçün beynəlxalq təlim təşkil edilib
02.07.2019

Bakı, FinanceTime.  Azərbaycan Turizm Bürosunun dəstəyi ilə Bakı şəhərində Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası və Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının yerli bələdçilər üçün təşkil etdiyi təlim keçirilib. 

Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının aparıcı təlimçisi İvana Curuvija və beynəlxalq təlimçi Səkinə Əsgərovanın iştirakı ilə keçirilən təlimlərdə aktiv şəhər bələdçiləri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, Zaqatala Turizm İnformasiya Mərkəzi və Şəki Xan Sarayının bələdçiləri iştirak ediblər.

Təlimlər ərzində iştirakçılara beynəlxalq standartlara əsaslanan peşə etikası, gəzinti, avtobus və məkan kimi tur formatlarında praktiki və nəzəri biliklər, qrup psixologiyası, məhdud fəaliyyət qabiliyyətli turistlərlə iş, peşəkar tur planının tərtibatı kimi istiqamətlər tədris edilib.

Yeddi gün davam edən təlimlər mövzuya uyğun olaraq müxtəlif məkanlarda həyata keçirilib. 

Belə ki, gəzinti turu üçün Nizami və Xaqani küçələri, avtobus turu üçün Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti və Koroğlu dairəsi, məkan turu üçün isə Milli Xalça Muzeyi seçilib.

Bələdçilərə düzgün mövqeləşmə, turizm obyekti haqqında dolğun informasiya vermək, tur ərzində təhlükəsizlik qaydalarına riayət etməyin mühümlüyü, Ümumdünya Turizm Təşkilatının təqdim etdiyi müasir turizm trendlərinə əsasən turun tərtibatı, bələdçi peşə etikası və ölkə təmsilçiliyi ilə bağlı informasiyalar verilib.
Avqust ayı ərzində təlimçilərin və moderatorun yekun yoxlamasından sonra uyğun bal toplamış iştirakçılar Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyası tərəfindən akkreditasiya edilmiş sertifikatlarla təltif ediləcəklər. 

Bu cür təlimlərin bələdçi sənayesi üçün mühümlüyünü nəzərə alaraq növbəti aylarda da təşkil edilməsi planlaşdırılır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment