1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bank Müştərilər ilə bərabər Müştərilər üçün yaradılmış yeni Onlayn Bank həlli ilə xidmətinizdədir!
02.07.2019

Bakı, FinanceTime.  PAŞA Bank “Sizinlə bərabər Sizin üçün innovativ həlləri yaradırıq” yanaşmasını rəhbər tutaraq hüquqi şəxslər və fərdi sahibkarlar üçün yeni innovativ Onlayn Bank xidmətini təqdim edir.

Belə ki, Onlayn Bank xidmətinin hazırlanması prosesi ərzində Müştərilərlə 150-dən artıq müsahibə və 200-dən çox real istifadəçi testləri keçirilmiş, 5 fokus qrupları təşkil edilmişdir. Bu görüşlər ərzində Müştərilərin gündəlik bank əməliyyatlarında üzləşdikləri əsas çətinliklər müəyyən edilmiş və yeni həllin yaradılmasında onlar nəzərə alınmışdır.

Maksimal rahatlıq və sürət üçün dizayn edilmiş yeni Onlayn Bank xidməti sayəsində hesab üzrə əməliyyatların, çıxarışların əldə edilməsi və ödənişlərin optimallaşdırılması ilə yanaşı, ölkədə ilk dəfə olaraq əmək haqqı kartlarının onlayn sifarişi istifadəyə verilmişdir.  Bu həllin təqdim edilməsində əsas məqsəd istifadəçilər üçün gündəlik bank əməliyyatlarını tez və rahat şəkildə Banka yaxınlaşmadan həyata keçirmək imkanı yaratmaqdır.

Yeni Onlayn Bank xidmətində: 

-Tamamilə yeni formatda hazırlanmış və sosial şəbəkələrin xəbərlər bölməsini xatırladan “Əsas səhifə” vasitəsilə Müştəri ən son bank əməliyyatları üzrə atılmalı addımlar və yeniliklər haqqında mütəmadi məlumat alır;
-Qarşı tərəfin adı və digər parametrləri əsasında bütün ödənişlərin sürətli axtarışı və yenidən icrası həyata keçirilir;
-Tez-tez aparılan ödənişlər üzrə rekvizitləri yadda saxlayaraq gələcək müvafiq ödənişləri daha çevik və avtomatlaşdırılmış formada icra etmək mümkündür;
-Ödənişlərin yaradılması zamanı ödənişə müqavilə və invoysları əlavə etməklə beynəlxalq və ölkə-daxili ödənişlər vaxta qənaət edərək dəfələrlə daha sürətli icra edilir;
-Bir neçə hesab üzrə çıxarışların birdəfəyə yüklənməsi və digər imkanlardan yararlanmaq mümkündür.

PAŞA Bankın Sədri və Baş icraçı direktoru Taleh Kazımovun sözlərinə görə Bankın rəqəmsal məhsul və xidmətlərinin hazırlanması Müştərilərin fəal iştirakı ilə həyata keçirilir, nəticədə onların ehtiyaclarına uyğun innovativ məhsullar ərsəyə gətirilir.

“PAŞA Bank 2018-2020-ci illəri əhatə edən İnkişaf strategiyası çərçivəsində 2020-ci ilin sonunadək Azərbaycanın ilk rəqəmsal bankı olmağı planlaşdırır. Xidmət və məhsulların rəqəmsallaşdırılması gündəmdə olan ən aktual məsələdir. PAŞA Bankda aparılan transformasiya işləri çərçivəsində yeni Onlayn Bank xidməti Müştərilərin istifadəsinə verilmişdir. Bu xidmətdən hazırda 1100-dən artıq hüquqi şəxs və fərdi sahibkar Müştərilərimiz istifadə etməkdədir. Onu da qeyd edim ki, bu Müştərilərin əksəriyyəti yeni Onlayn Bank xidmətinin səviyyəsini çox yüksək qiymətləndirmişdir, bu isə transformasiya səylərimizin düzgün istiqamətdə aparıldığının önəmli göstəricisidir”-deyə T. Kazımov fikrini tamamlamışdır.

Onlayn Bank xidmətindən istifadə etmək üçün : https://pashabank.digital/login.html#/

PAŞA Bank Müştərisi olmaq üçün:  https://onboarding.pashabank.digital/login.html#/


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment