1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ASK-nın xarici ölkələrdəki nümayəndələrinin sayı 18-ə çatdı
01.07.2019

Bakı, FinanceTime. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Bosniya və Herseqovina Federasiyası, Serbiya, Monteneqro respublikaları üzrə nümayəndəsi təyin edilib.

ASK-nın Dayanıqlı İnkişaf və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Fuad Hümbətovun sözlərinə görə, xarici ölkələrdə yeni nümayəndəliklərinin açılması istiqamətində fəaliyyəti çərçivəsində, Azərbaycan ilə Bosniya və Herseqovina Federasiyası, Serbiya və Monteneqro arasında qurulan uğurlu dostluq əlaqələrini, azərbaycanlı sahibkarlar tərəfindən bu ölkələrin iqtisadiyyatına qoyulan investisiyanın həcminin gündən-günə artdığını nəzərə alaraq ASK-nınbu ölkələrdə nümayəndəsi vəzifəsinə Azərbaycan Respublikasının vətəndaşı Seyran Mirzəzadə təyin olunub. Beləliklə də Konfederasiyanın xarici ölkələrdəki nümayəndələrinin sayı 18-ə çatıb.

Bosniya və Herseqovina Federasiyası, Serbiya, Monteneqro respublikaları üzrə nümayəndəsi bu ölkələrdə sahibkarlarımız üçün tərəfdaşların axtarılıb tapılmasında, xarici ölkələrdə investisiya imkanlarının araşdırılmasında, marketinq təhlili və müvafiq məlumat təchizatında  iştirak edəcək.

S.Mirzəzadə həmçinin nümayəndə kimi sahibkarlığın inkişafı ilə əlaqədar müvafiq təklif, hesabat və proqramlar da hazırlayacaq.

Qeyd edək ki, Seyran Mirzəzadə 2001-ci ildən 2016-cı ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışıb.

Eyni zamanda, S.Mirzəzadə 2016-cı ildən etibarən Monteneqroda təsis edilmiş Azərbaycan - Monteneqro Mədəniyyət və İqtisadi Mərkəzinin (http://www.azcec.me/az/) direktoru vəzifəsini icra edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment