1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


S&P, Muğanbankın likvidlik göstəricilərinin adekvatlığı ilə əlaqədar bankın reytinqini "В-/В"-də təsdiq etmişdir. Proqnoz “Sabit”-dir
01.07.2019

S&P Global

Ratings

Likvidliyinin adekvat səviyyəsinə görə Muğanbankın reytinqi 'B-/B' səviyyəsində təsdiq edilmişdir. Proqnoz “Sabit”-dir.

İcmal

- 2018-ci ildə Muğanbankın gəlirlərində cüzi artıma baxmayaraq, bankın gəlir potensialı və aktivlərinin keyfiyyətini zəif olaraq qalmış, kapitallaşması isə pisləşmişdir.

- Buna baxmayaraq, stabil depozit bazası, həmçinin ümumsistem dəstək proqramı çərçivəsində dövlət vəsaitlərinin axını sayəsində Muğanbankın likvidliyinin adekvat səviyyədə qalacağı gözlənilir.

- Bundan əlavə, Muğanbankın normativ kapital göstəricilərinin müyyən olunmuş minimum tələbdən yuxarı olmaqla adekvat səviyyədə qalacağını gözləyirik.

- Bununla əlaqədar, Muğanbankın uzun və qısamüddətli reyintinqlərini 'B-/B' səviyyəsində təsdiq edirik.

- “Stabil” proqnoz verməklə, Muğanbankın kredit profilinin növbəti 12 ay ərzində əhəmiyyətli dərəcədə dəyişməyəcəyinə inanırıq.

Reytinq

20 iyun 2019-cu il tarixdə, S&P Global Ratings Azərbaycan bankı Muğanabnkın uzun və qısamüddətli kredit reytinqlərini 'B-/B' səviyyəsində təsdiq etmişdir. Proqnoz “Sabit”-dir

Əsaslandırma

Yuxarıda qeyd olunan kredit reytinqlərini təsdiq etməklə, Muğanbankın ödəniş vaxtı çatan zaman öhdəliklərini yerinə yetirmək üçün likvidlik ehtiyatının yetərli səviyyədə olacağını, həmçinin bankın normativ tələbləri, o cümlədən prudensial kapital tələblərini pozmaq riski ilə üzləşməyəcəyini hesab edirik.

2018-ci ildə və 2019-cu ilin ilk beş ayı ərzində Muğanbankın likvidlik mövqeyi stabil olaraq qalmış, bankın likvid aktivlər ehtiyatı onun həm normal, həm də böhran dövründə öhdəliklərini ödəmək üçün yetərli olmuşdur. Misal üçün, 1 aprel 2019-cu il tarixə, bankın genişhəcmli likvid aktivləri onun cəmi müştəri depozitlərinin təxminən 22%-ni əhatə etmiş, yüksək likvid akitvləri isə həmin tarixdə cəmi aktivlərin 7.0%-ni təşkil etmişdir. Ötən il ərzində, Muğanbank, əmanətçilərin artan inamı və müştərilərin vəsaitləri üzrə təklif etdiyi nisbətən yüksək faiz dərəcələri sayəsində müştəri depozitlərini artırmağa nail olmuşdur. Stabil müştəri depozitləri, habelə ümumsistem dövlət dəstəyi proqramı çərçivəsində əldə edəcəyi əlavə likvidlik hesabına Muğanbankın likvidlik buferinin adekvat səviyyədə qalacağını gözləyirik. Proqramın məqsədi 2015-ci ildə Azərbaycan manatının devalvasiyasından əziyyət çəkən fiziki şəxslərə dəstək olmaq, həmçinin yerli banklarda problemli aktivlərin əhəmiyyətli hissəsinin həllini asanlaşdırmaqdır. Bu proqram çərçivəsində Muğanbank artıq 21.6 milyon manat vəsait əldə etmişdir. Banka dövlət tərəfindən fiziki şəxslərin xarici valyutada denominasiya olunmuş vaxtı keçmiş kreditlərinin bir hissəsi ödənilmişdir. Fiziki şəxslərin 360 gündən çox vaxtı keçmiş kreditlərinin restrukturizasiyası məqsədilə, bank, həmçinin təqribən 100 milyon manat (60 mln.ABŞ dolları) vəsait əldə edəcəkdir. Muğanbankın aktivlərinin keyfiyyətinə və biznes perspektivlərinə müsbət təsiri ilə yanaşı, bu proqramın bankın likvidlik buferini daha da gücləndirəcəyinə və likvidlik mövqeyinin idarə olunmasında çevikliyini artıracağına inanırıq.

Ötən il ərzində, Muğanbank , korporativ kreditləşdirmənin, əsasən infrastruktur və kənd təsərrüfatı sektorlarında inkişafını davam etdirmiş, eyni zamanda təminatsız riteyl kreditlərinin verilişinni dayandırmışdır.

Müsbət amil kimi, Bankın müştəri bazası müştərilərin artan inamı və Azərbaycan iqtisadiyyatının davamlı sağlamlaşdırılması sayəsində ötən üç illə müqayisədə az volatil olmuşdur. Kredit fəaliyyətində ümumi artım sistemin orta göstəricisi 11% ilə müqayisədə iddiasız səviyyədə qalaraq 5% təşkil etmişdir. Bu arada, bankın gəlir potensialı olduqca zəif səviyyədə qalmış, orta kapitalın gəlirliliyi isə xalis faiz marjası üzərində təzyiq, eləcə də əməliyyat səmərəliliyinin zəif olması ilə əlaqədar 2.0%-dən aşağı olmuşdur. (Muğanbankda xərclərin gəlirlərə nisbəti rəqiblərinin orta göstərici 50%-55% ilə müqayisədə 2018-ci ilin sonunda 80% təşkil etmişdir .) Növbəti iki il müddətində Muğanbankın rentabelliyinin zəif qalacağını və bankın biznes artımını dəstəkləmək üçün səhmdarı tərəfindən kapital qoyuluşlarından asılı qalmaqda davam edəcəyini gözləyirik.

2018-ci ildə Muğanbankın kapital mövqeyi pisləşmişdir. Bankın risklər nəzərə alınmaqla kapitalının yetərlilik əmsalı (RAC) 5%-dən 3.4%-dək azalmışdır. Marjalar üzərində təzyiq, əməliyyat səmərəliliyinin zəifləməsi və ehtiyatyaratma ehtiyaclarının artması səbəbindən 2019-2020 ci illərdə bankın zərər etməyə davam edəcəyini gözləyirik. Bununla əlaqədar, bankın kapital mövqeyinin daha da zəifləyəcəyini, gəlirlər buferinin mənfi olmasını nəzərə alaraq, RAC əmsalının 3.0%-dən aşağı düşəcəyini güman edirik.

Muğanbanka səhmdarı tərəfindən əlavə 5 milyon manat kapital dəstəyi göstərilər bilər. Lakin, bunun bankın kapital mövqeyini əsaslı dərəcədə yaxşılaşdıracağını güman etmirik. Biz, korporativ kreditlərdə nisbətən yüksək artımı təminatsız riteyl kreditlərində qismıən hamar dinamika ilə balanslaşdıraraq, növbəti bir-iki il müddətində 3%-5% biznes artımı proqnozlaşdırırıq. Buna baxmayaraq, bankın minimum normativ kapital tələbindən yuxarı ən azı 100 bazis punktu səviyyəsində bir buferlə fəaliyyətinə davam edəcəyini gözləyirik.

Mümkün inkişafa baxmayaraq, Muğanbankın akitvlərinin keyiyyətinin onun kredit profilini sıxmağa davam edcəyini hesab edirik. 2018-ci ilin sonunda bankın 3 iri krediti kredit portfelinin, bank sisteminin orta göstərcisi olan 20%-22% ilə müqayisədə, (bir il bundan əvvəlki 40%-dən azalaraq) 37%-ni təşkil etmişdir. Bu ilin əvvəlində başlamış ümümsistem dövlət proqramı sayəsində bankın aktivlərinin keyfiyyətinin yaxşılaşacağını, 2019-cu ilin sonunadək 3 iri kreditin payının təxminən 26%-ə düşəcəyini proqnozlaşdırırıq. Buna baxmyaraq, Muğanbankın problemli aktivləri rəqiblərinin müvafiq göstəricilərini keçməkdə davam edəcəkdir. Bankın problemli aktivlər üzrə ehtiyatlar yaratmağa davam edəcəyini nəzərə alaraq, bankın kreditlər üzrə zərərinin, 2019-2020-ci illərdə risk dəyəri 2.2%-2.3% olmaqla, nisbətən stabil olacağını gözləyirik.

Fikrimizcə, Muğanabank maliyyə öhdəliklərini yerinə yetirmək üçün əlverişli biznes, maliyyə və iqtisadi şərtlərdən asılı deyildir və növbəti 12 ay ərzində defolt proqnozlaşdırmırıq. Bu, Muğanbankın yetərli likvidlik və normativ kapital buferini, stabil kredit zərərlərini, həmçinin Azərbaycanda yaxşılaşan iqtisadi şərtləri əks etdirir.

Muğanbank üzrə “Sabit” proqnoz verməklə, bankın likvidlik səviyyəsinin məqbul olması, kredit zərərlərinin azalması və Azərbaycanın bank sektorunda iqtisadi risklərin stabilləşməsi hesabına növbəti 12 ayda kredit profilinin nisbətən dəyişməz qalacağını düşünürük.

Neqativ proqnoz ssenarisi

Müştərilərdən cəlb edilən vəsaitlərdə volatilliyin artaraq bankın likvidlik mövqeyini sıxacağı, yaxud problemli aktivlərin və kreditlər üzrə zərərin bank sektorunun orta göstəricilərini əhəmiyyətlə dərəcədə keçməsi ilə bankın aktivlərinin keyfiyyətinin pisləşməyə başlayacağı təqdirdə, biz növbəti 12 ay müddətində reytinqləri aşağı sala bilərik. Mənfi reytinqin verilməsinə, həmçinin bankın səhmdarı tərəfindən kapital dəstəyinin göstərilməyəcəyi və nəticə etibarilə bankın normativ əmsallarını təzyiq atında qoycaq yüksək risklərin müşahidə olunması səbəb ola bilər.

Müsbət proqnoz ssenarisi

Növbəti 12 ay müddətində müsbət reytinq gözlənilmir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment