1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Hindistan və Rusiya turoperatorları Azərbaycanın turizm potensialı ilə tanış olublar
25.06.2019

Bakı, FinanceTime. Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Hindistandan olan turoperatorlarla yerli turizm şirkətlərinin tanışlıq görüşü baş tutub.

Həmçinin Rusiyanın işgüzar turizm sahəsini təmsil edən şirkətlərlə həmin sahə üzrə ixtisaslaşmış yerli turoperatorlar arasında görüş keçirilib.

Görüşlərin əsas məqsədi Bakının və Azərbaycanın digər regionlarının turizm potensialının tanıdılması, təcrübə mübadiləsinin aparılması, Bakıda və regionlarda Azərbaycanın işgüzar tədbirlərin keçirilməsi üçün mövcud potensialının təqdimatı və ölkəmizdə keçiriləcək beynəlxalq səviyyəli işgüzar görüşlərin sayını artırmaqdır.

Hindistan turoperatorları ilə B2B xarakterli tanışlıq görüşündə 50 yerli turizm şirkəti iştirak edib. Görüşdə gələcək əməkdaşlıq perspektivləri qiymətləndirilib və mümkün tərəfdaşlıq üçün ikitərəfli əlaqələr müzakirə olunub.

Rusiya turoperatorları ilə eyni xarakterli görüş zamanı Azərbaycan və onun işgüzar turizm imkanları barədə geniş məlumat verilib, əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Delhi və Moskva şəhərlərini təmsil edən şirkətlərin Azərbaycanın turizm potensialı və əsas turizm infrastrukturu barədə ətraflı məlumatlandırılması məqsədilə Bakı, Şamaxı, Xızı, Siyəzən, Qəbələ, Quba və Qusarda yerləşən hotellər, turizm xidmət obyektləri və tarixi məkanlara səfərlər təşkil edilib.

Xatırladaq ki, 2018-ci ilin sonlarından etibarən Azərbaycan Turizm Bürosunun Hindistanın Mumbay, Rusiyanın Moskva şəhərində rəsmi turizm nümayəndəlikləri fəaliyyət göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment