1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İKZF yeni “Elektron ipoteka və kredit zəmanət” sistemini istifadəyə verib
25.06.2019

Bakı, FinanceTime. İpoteka və Kredit Zəmanət Fondunun yeni “Elektron ipoteka və kredit zəmanət” sistemi əhalinin və Fondun müvəkkil təşkilatlarının (banklar, sığortaçılar və qiymətləndiricilər) istifadəsinə verilib.

Son dövrlərdə ölkədə avtomatlaşdırma proseslərinin geniş miqyasda tətbiqi, ölkə başçısının elektron xidmətlərin göstərilməsi ilə bağlı müvafiq fərmanlarından irəli gələn tapşırıqların icrası, eləcə də Fondun institusional idarəetməsi və fəaliyyət istiqamətləri üzrə həyata keçirilən dəyişikliklər yeni “Elektron ipoteka və kredit zəmanət” sisteminin yaradılmasını zəruri edib. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı ilə “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında” Əsasnamə təsdiq edilib.

Yeni istifadəyə verilən sistem ən müasir texnoloji platforma üzərində qurulub. Proqramlaşdırma dili olaraq JAVA, PHP, verilənlər bazası olaraq “ORACLE 12C Enterprise Edition” üzərində qurulmuş sistemNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzində “AZCLOUD TIER III” standartına malik bulud texnologiyası üzərində tətbiq edilib.Yeni sistemin qurulması zamanı növbəti dövrlərdə Fondun fəaliyyətininin genişlənməsi, kreditləşmə əməliyyatlarının və müştəri bazasının artması, yeni kredit məhsullarının və idarəetmə baxımından əlavə funksiyaların tətbiqi, sistemin geniş bazaya malik olması, sürətinə və çevikliyinə görə mövcud tələblərə cavab verməsi, bütün müasir veb brauzerləri dəstəkləyən müasir platforma üzərində yaradılması və təhlükəsizlik kimi amillər nəzərə alınıb. Qeyd olunanlarla yanaşı, əvvəlki dövrlərdə elektron ipoteka sistemi daxilində istifadəyə verilmiş müxtəlif altsistemlərin yeni sistemdə vahid platforma üzərində birləşdirilməsi təmin edilib. Eyni zamanda, yeni sistemin Fondda tətbiq olunan digər yeni əməliyyat sistemlərinə inteqrasiyası təmin olunaraq Fondun əməliyyatlarının avtomatlaşdırılmasımüasir tələblərə uyğunlaşdırılıb.

Yeni sistem yalnız ipoteka kreditləşməsini deyil, Fondun Nizamnaməsində qeyd edilən bütün fəaliyyət istiqamətləri üzrə (sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi) elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasını, iştirakçılara elektron sistemə inteqrasiya olunmuş informasiya sistemləri və ehtiyatlarından müvafiq sənədlər barədə informasiya əldə etmək imkanının yaradılmasını nəzərdə tutur. Yeni sistem əhalinin, sahibkarlıq subyektlərinin və Fondun əməkdaşlıq etdiyi müvəkkil təşkilatların Fondun təqdim etdiyi xidmətlərdən daha sürətli və səmərəli şəkildə istifadəsinə imkan verəcək.

Məlumat üçün bildirək ki, hazırda Fond tərəfindən sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi modulları üzrə işlər yekunlaşmaq üzrədir və yaxın zamanlarda bu istiqamətlər üzrə də elektron xidmətlərin əhalinin istifadəsinə verilməsi təmin ediləcək.

Qeyd edək ki, yeni sistemin tətbiqi biznes proseslərin şəffaflığının artırılmasına, Fondun xidmət sahələri üzrə rəsmiləşdirmə müddətlərinin və əməliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalmasına, müvəkkil banklar və Fond tərəfindən maliyyə risklərinin idarə olunmasının effektivliyinin artırılmasına xidmət edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment