1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankının “Yuventus” co-brand kartları artıq filiallarda satışda!
25.06.2019

Bakı, FinanceTime.  İtaliyanın “Yuventus” futbol klubunun regional partnyoru olan Azərbaycan Beynəlxalq Bankının klubla müştərək brendləşdirilmiş (co-brand) Mastercard Platinum debet kartlarını artıq bankın filiallarında əldə etmək olar. Xüsusi dizayn və özəlliklərə malik kartları həm bankın istənilən filialında, həm də bu link vasitəsilə sifariş edib almaq mümkündür: https://www.ibar.az/az/yuventus/

Co-brand kartları AZN, USD və EUR hesabında açılır. 3 il müddətinə nəzərdə tutulmuş kartların sayı məhdud - cəmi 3 min ədəddir. Kart müddəti 3 il, xidmət haqqı isə cəmi 30 manatdır. Müştərilər bu kart vasitəsilə istədikləri ödəniş əməliyyatlarını həyata keçirə bilərlər. Ən əsası, kartla Azərbaycan Beynəlxalq Bankının ATM-lərində nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur.

Kart “cash-back” funksiyasına da malikdir. Bütün alış-veriş məkanlarında bu kartla aparılan ödənişlərin 1%-i “cash-back” olaraq müştərinin kartına geri qayıdır. Azərbaycan Beynəlxalq Bankının “Xərclədikcə gəlir” sloqanı ilə reallaşdırdığı “Qayğıkeş” layihəsi çərçivəsində isə bankla tərəfdaş məkanlarda bu kart və bankın POS terminalları ilə aparılmış ödənişin 5%-dən 40%-dək hissəsi elə yerindəcə müştərinin hesabına geri ödənir. Kart Azərbaycan Beynəlxalq Bankının SMS Xəbərdarlıq sisteminə pulsuz qoşulur. Üstəlik, bu kartla “Yuventus” futbol komandasının rəsmi internet səhifəsində edilən hər bir alış-veriş məbləğinə 2% “cash-back” geri qayıdır.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment