1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-dən #Hədiyyə
25.06.2019

Azercell-in yenilənmiş rəqəmsal məhsullar portfelindən ödənişsiz istifadə imkanı!

Bakı, FinanceTime. Müasir texnologiyalar və effektiv həllər vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən Azercell fəaliyyətində yeni bir dövrə qədəm qoyub. Belə ki, 21 iyun tarixində şirkət yeni brend kimliyini ictimaiyyətə açıqlayıb. Yeni rəqəmsallaşma strategiyası çərçivəsində Azercell, məhsullar portfelini daha da zənginləşdirərək, abunəçilərə “Zvuk”, “Bookmate”, “TelekomTv“, “BuludCinema” və “IVI” xidmətləri üzrə ödənişsiz premium istifadə imkanı təqdim edir.

“Zvuk” xidməti ilə smartfonunuzda istənilən musiqi parçasını dinləmək və öz play list-inizə əlavə etmək çox asandır. 21 iyun – 30 iyul tarixləri ərzində 7707 qısa nömrəsinə Bonus sözünü göndərməklə, abunəçilər “Zvuk” xidmətindən 30 gün müddətində ödənişsiz istifadə edə bilərlər.

850 000-dən çox kitabla “Bookmate” xidməti sizin sevimli virtual kitabxananıza çevriləcək. Xidmətdən 30 gün ərzində ödənişsiz istifadə imkanından faydalanmaq üçün 21 iyun- 30 iyul tarixləri ərzində 7171 nömrəsinə Bonus sözünü göndərmək lazımdır.

Azercell dünya və yerli kanalları mobil telefonunuza daşıyan “TelekomTV” xidmətindən də ödənişsiz premium istifadə fürsəti təqdim edir. Yararlanmaq üçün 21 iyun -30 iyul tarixləri aralığında 4040 nömrəsinə Bonus sözünü göndərmək kifayətdir.

HD formatda təqdim olunan filmləri asanlıqla izləyə biləcəyiniz “BuludCinema” xidmətindən 30 günlük ödənişsiz premium istifadə imkanını əldə etmək üçün 21 iyun-30 iyul tarixləri ərzində 4044 qısa nömrəsinə Bonus açar sözü göndərilməlidir.

Azercell məkanından asılı olmayaraq, ən sevilən film və serialları izləyə biləcəyiniz “IVI” xidməti çərçivəsində 10 günlük ödənişsiz premium istifadə imkanı hədiyyə edir. 21 iyun – 30 iyun tarixləri ərzində 3333 nömrəsinə Bonus sözünü göndərməklə, bu fürsətdən yararlanmaq mümkündür.

Qeyd edilən xidmətlərə ödənişsiz premium istifadə imkanı yalnız ilk qoşulma zamanı təqdim olunur. Ödənişsiz istifadə üçün ayrılan müddət başa çatdıqda, xidmətə abunəlik dayandırılır və əlavə haqq tutulmur.

 “Zvuk”, “Bookmate”, “BuludCinema” və “IVI” xidmətinin tətbiqləri IOS və Android əməliyyat sistemlərini, “TelekomTv” tətbiqi isə yalnız Android əməliyyat sistemini dəstəkləyir. Tətbiqləri müvafiq olaraq, Applestore və ya Google Play vasitəsilə yükləmək mümkündür.

Azercell-in yenilənmiş rəqəmsal məhsullar portfelindən ödənişsiz istifadə fürsətini qaçırmayın!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment