1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bu gündən Azərbaycanda “Sığorta Həftəsi” başlayıb
25.06.2019

Bakı, FinanceTime. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli, 354S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə 24 iyun tarixindən Azərbaycanda “Sığorta həftəsi” start götürüb.

Sözügedən həftə çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, Azərbaycan Sığortaçılar Assosiasiyası və sığorta şirkətlərinin birgə əməkdaşlığı zəminində bu sahədə ictimai savadlılığın artırılması məqsədilə müxtəlif səpkili maarifləndirmə məqsədli görüşlərin və tədbirlərin təşkil edilməsi, eyni zamanda sayca 9-cu olan “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı Beynəlxalq Sığorta Forumu keçirilməsi nəzərdə tutulub.

“Sığorta həftəsi”nin ilk günü Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP), İcbari Sığorta Bürosunun (İSB) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib.

Müzakirə formatında keçirilən təlimdə iştirakçılar sığortanın mahiyyəti, növləri, sığorta riskləri, təkrarsığorta, bazardakı mövcud durum və gələcək layihələr barədə məlumat əldə ediblər.

 “Sığorta həftəsi”nin növbəti günlərində Bakı və Sumqayıt şəhəri üzrə dövlət qurumlarının və rayon icra hakimiyyətlərinin nümayəndələri ilə, həmçinin bu ərazilərdə fəaliyyət göstərən sahibkarlarla maliyyə bazarlarının dəyər yaradan önəmli sektorlarından biri kimi sığorta mövzusu ətrafında interaktiv təqdimatların keçirilməsi planlaşdırılıb.

Bundan əlavə “Sığorta həftəsi”ndə sektorda fəaliyyət göstərən mütəxəssislər üçün xarici ekspertlər tərəfindən seminar keçiriləcəkdir. Seminarda avtonəqliyyat vasitəsi sığortası üzrə anderraytinq, risk qiymətləndirilməsi, zərər qiymətləndirilməsi üzrə beynəlxalq təcrübə barəsində məlumat veriləcəkdir. Həmin gün paralel olaraq, beynəlxalq təşkilat olan Sərhədsiz Aktuarlar Assosiasiyasının üzvü tərəfindən gənc mütəxəssislərə seminarın keçirilməsi də nəzərdə tutulmuşdur.

Həmçinin 28 iyun 2019-cu il tarixində sayca 9-cu olan “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı Beynəlxalq Sığorta Forumu baş tutacaqdır ki, 15-ə yaxın yerli və xarici nümayəndənin çıxış edəcəyi Forumda yerli sığorta bazarının imkanları və perspektivləri, qlobal aləmdə baş verən yeniliklər və trendlər haqqında müzakirələrin aparılması nəzərdə tutulub.

Forum çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlığa dair birgə memorandumun imzalanması planlaşdırılıb. İmzalanması nəzərdə tutulan memorandum “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nda qeyd olunan tədbirlərin koordinasiya olunmuş şəkildə və daha effektiv icra edilməsinə xidmət edəcəkdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment