1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


BMT Baş Katibinin müavini “ASAN xidmət”də
24.06.2019

Bakı, FinanceTime.  Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin İqtisadi və Sosial Məsələlər üzrə müavini Liu Zenmin 24-26 iyun 2019-cu il tarixində ölkəmizdə təşkil olunacaq BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak məqsədilə ölkəmizdə rəsmi səfərdədir.

23 iyun 2019-cu il tarixində qonaq “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və yeniliklər barədə ətraflı məlumat verib.

Bildirilib ki, bu günədək 30 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Qonaq ASAN könüllüləri, ASAN Radio və “ASAN Təlim-Tədris Mərkəzi”nin fəaliyyəti ilə də tanış olub.

Həmçinin Elektron Hökumətin İnkişafı Mərkəzinin fəaliyyətinə dair təqdimat edilib.

BMT Baş Katibinin müavini Liu Zenmin Azərbaycan Respublikası və BMT arasında uğurlu əməkdaşlığı və Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutduğunu diqqətə çatdırıb.

Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirakı ilə nəzərdə tutulan builki Forum dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunacaq ilk BMT tədbiridir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment