1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Standard & Poor's agentliyi Kapital Bank-ın reytinqini artırıb
24.06.2019

Bakı, FinanceTime.  Standard & Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini “stabil” proqnozdan, “pozitiv”ə yüksəldib və “BB-/B” səviyyəsində təsdiqləyib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

Agentliyin fikrincə, 2019-2020-ci illərdə Kapital Bank pərakəndə kreditləşmə və depozitlər bazarındakı lider mövqeyini daha da sağlamlaşdıracaq, eyni zamanda müxtəlif təşkilatlar üçün də hesablaşma əməliyyatları üçün mühüm platforma və kredit mənbəyi olaraq qalacaq. Bankın RAC (Risk-Adjusted Capital) risklərin nəzərə alındığı kapital əmsalının yaxın 12-18 ay ərzində 7,8-8% həddində qalacağı gözlənilir.

Yaxın 2 ildə Kapital Bank-ın kredit portfelinin 20-30% artacağı, bununla da yüksək mənfəətliyi saxlamaqla xalis faiz həddinin yüksək olması və yüksək əməliyyat səmərəliliyi sayəsində ROAE göstəricisinin 25%-i üstələyəcəyi gözlənilir. Kapital Bank-ın aktivlərinin Azərbaycandakı digər bankların əksəriyyətindən daha keyfiyyətli olduğunu bildirən agentlik, 2018-ci ilin sonuna olan məlumata görə problemli kreditlərin ötən ildəkinə nisbətən 4,6% azaldığını qeyd edib. Həmçinin 2018-ci ilin sonunda qeyd olunan sabit maliyyələşmə əmsalının 220%, kredit/depozit nisbətinin isə 46% səviyyəsinə olması bildirilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment