1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Gənclər “Gilan Holding”ın dəstəyi ilə “ASAN Akademiya”nı uğurla başa vurur
21.06.2019

Bakı, FinanceTime.  Müxtəlif sahələrdə uğurlu layihələrdə daima iştirak edən “Gilan Holding”, əməkdaşlarının fərdi və peşəkar inkişafına töhfə verməklə yanaşı, cəmiyyət üçün sağlam, intellektual potensialını inkişaf etdirmiş gənclərin sayının çoxalmasınada böyük önəm verir.

İstər maarifləndirici, mədəni, ekoloji, istərsə də sosial tədbirlərin təşkilində aktiv dəstək, Holdinq üçün yalnız bir dəyər və məqsəd üzərində qurulur. Bu vacib dəyər - insanların həyatlarının hər hansı bir aspektinin müsbət tərəfə çevrilməsinə dəstək olmaqdır. Bu istiqamətdə “Gilan Holding” bir çox aparıcı dövlət və özəl qurumları, qeyri-hökumət təşkilatları ilə faydalı əməkdaşlıq edir.

Sözügedən istiqamətlər üzrə ən səmərəli əməkdaşlıqlar sırasında “ASAN Könüllüləri” Təşkilatı ilə birgə layihələr olub. Həmin layihələr, onlardan faydalana biləcək böyük insan kapitalını əhatə etməklə və maraqlı yeniliklər ilə yadda qalıb. “ASAN Könüllüləri”ilə əməkdaşlıq çərçivəsində,bəzi gənclər"Gilan Holding"ə daxil olan müxtəlif müəssisələrdə təcrübə keçmək və işlə təmin olunmaq imkanı əldə edib.

“Gilan Holding”in dəstəyi ilə aprel ayından başlamış “ASAN Akademiya” layihəsi20iyun tarixində bitmişdir. Layihənin davam etdiyi dövr ərzində bir sıra ixtisaslar üzrə təhsil alan gənclər üçün liderlik, psixologiya, ictimai idarəetmə, innovasiya, maliyyə, hüquq modulları üzrə xüsusi proqramlar tədris olunub.

Layihənin maraqlı tərəflərindən biri ondan ibarətdir ki, təlimlərdə peşəkar təlimçilərlə yanaşıfərqli sahələrdə çalışan mütəxəssislərdə tədris prosesinə qoşulub. Bu isə, tələbələrə müxtəlif şirkətlərdə mövcud olan təcrübənin yerində öyrənilməsinə və seçdikləri peşə üzrə daha təcrübi bilikləri əldə etmələrinəşərait yaradır.

"Gilan Holding"inİnsan Resursları Departamenti də bu cür təlimlərin təşkilində aktiv iştirak edib. CV-nin tərtib olunma və müsahibədən keçmə qaydaları, həmçinin karyera planlaması və iş axtarma strategiyalarına aid təlimlər tələbələrin böyük marağına səbəb olub.

Holdinqin əməkdaşları tərəfindən keçirilən təlimlərdə iş seçimi üzrə doğru hədəflərin müəyyən olunması, uğurlu CV-nin yaradılması sirləri, müsahibə zamanı davranış qaydaları və işə qəbul üzrə mütəxəssislərin ən çox diqqət yetirdikləri məqamlara toxunulub.

İstedadlı və bacarıqlı gənclər, ölkə iqtisadiyyatının bütün sahələrində həyata keçirilən sistemli islahatların layiqli davamçıları olacaqlar. Gənclər üçün həyata keçirilən hər bir layihə, ötürülən hər bir vacib təcrübə və biliklər, ölkəmizin və iqtisadiyyatın inkişafı üçün ən doğru sərmayələrdəndir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment