1 USD 1.7000   1 EUR 1.8748   1 AED 0.4628   1 ARS 0.0293   1 AUD 1.1513   1 BRL 0.4119   1 BYN 0.8291   1 CAD 1.2847   1 CHF 1.7055   100 CLP 0.2386   1 CNY 0.2403   1 CZK 0.0726   1 DKK 0.2510   1 EGP 0.1048   1 GBP 2.1477   1 GEL 0.5727   1 HKD 0.2167   100 IDR 0.0120   1 ILS 0.4840   1 INR 0.0238   100 IRR 0.0040   100 JPY 1.5691   1 KGS 0.0242   100 KRW 0.1436   1 KWD 5.5956   1 KZT 0.0044   100 LBP 0.1124   1 MDL 0.0971   1 MXN 0.0882   1 MYR 0.4058   1 NOK 0.1866   1 NZD 1.0706   1 PLN 0.4364   1 RUB 0.0264   1 SAR 0.4532   1 SDR 2.3302   1 SEK 0.1730   1 SGD 1.2414   1 TJS 0.1754   1 TMT 0.4857   1 TRY 0.2873   1 TWD 0.0556   1 UAH 0.0692   100 UZS 0.0180   1 XAG 30.1002   1 XAU 2539.8254   1 XPD 2911.8706   1 XPT 1518.9075   1 ZAR 0.1147   
           
AMB kursu / Məzənnələr

 

 

Dr. Kamran Beydullayev

«Mərkəzi Gömrük Hospitalı»,
m.r.c.s., ümumi cərrah, transplantoloq
ətraflı məlumat
 
Oruc Ibrahimov

«AtaBank» ASC, Biznesin İnkişafı Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 













Banklar


PAŞA Bank yerli biznes üçün “Smart kassa” yeni nəsil kassa aparatlarını təqdim edib
21.06.2019

Bakı, FinanceTime.  Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank ölkə bazarında ilk dəfə olaraq yerli sahibkarlar üçün yeni nəsil kassa aparatlarını təqdim edib. Yeni “Smart kassa” aparatlarının əsas üstünlüyü vergi qanunvericiliyində planlaşdırılan dəyişikliklər, o cümlədən onlayn rejimdə aparılan bütün əməliyyatlar barədə məlumatların birbaşa Vergilər Nazirliyinə ötürülməsinə dair dəyişikliklər çərçivəsində nəzərdə tutulan tələblərə tam uyğun olmasıdır.

PAŞA Bankın təqdim etdiyi kompakt kassa aparatı özündə 3 funksiyanı – kassa, ödəniş terminalı və qəbzlərin çapı funksiyasını birləşdirir. Yeni qurğu istənilən əlavə avadanlığı (skaner, tərəzi və s.) qoşmağa, əvvəlcədən quraşdırılmış kassa proqram təminatı isə qurğunun yaddaşına təqdim olunan məhsul və xidmətlərə dair bütün lazımi məlumatları daxil etməyə imkan verir. Sahibkar “Smart kassa” vasitəsilə həm nağd, həm də nağdsız hesablaşma əməliyyatları apara bilər. Yeni nəsil kassa aparatları, həmçinin aparılan əməliyyatlara dair bütün lazımi məlumatları yaddaşda saxlayır və kassiri ayrı-ayrılıqda kassa və POS-terminalla əməliyyat aparmaq zərurətindən azad edir, bu isə müştərilərə daha rahat xidmət göstərilməsinə təkan verir.

PAŞA Bankın İdarə Heyətinin üzvü və Baş Əməliyyat İnzibatçısı Cəlal Orucovun sözlərinə görə, “Smart kassa” aparatları sahibkarlara bir sıra rəqabətli üstünlükləri təqdim edir.

“PAŞA Bankın təqdim etdiyi hazır həldən istifadə edən yerli sahibkarlar əməliyyatların aparılmasında uçot sisteminə nəzarəti əhəmiyyətli dərəcədə təkmilləşdirmək və xərcləri optimallaşdırmaq imkanı əldə edəcək. Biz əminik ki, “Smart kassa” yeni nəsil kassa aparatları sahibkarlar arasında tezliklə geniş yayılacaq, çünki PAŞA Bank iş adamları üçün genişləndirilmiş əlavə xidmət paketini də təqdim etməyə hazırlaşır. Bu xidmətlər arasında əmtəə qalıqlarının idarə edilməsi, məhsullara endirimlərin tətbiq olunması və onların uçotu, universal hesabatların tərtibi və s. xidmətlər var. Bir sözlə, biznes daima sahibkarın nəzarəti altında olacaq” – deyə C. Orucov qeyd edib.

PAŞA Bankın təklif etdiyi “Smart kassa”  yeni nəsil kassa aparatları məhsul və xidmət obyektləri üçün (mağazalar, ictimai iaşə məntəqələri və s.) tam uyğundur, həmçinin SİM kart və ya Wi-Fi rabitəsi ilə fəaliyyət göstərdiyi üçün kuryer xidmətləri və səyyar ticarətlə məşğul olan qurumlar üçün daha sərfəli vasitədir. Artıq yeni nəsil kassa aparatı Azərbaycanın vergi qanunvericiliyində dəyişikliklər qüvvəyə mindiyi andan etibarən kassa modulunun işə salınması ilə POS-terminal kimi istifadə oluna bilər.

Aparılan əməliyyatların nəzərdə tutulan həcmini nəzərə alaraq PAŞA Bank avadanlığın ödənişsiz əsaslarla təqdim olunması imkanı da daxil olmaqla hədəf auditoriya üçün güzəştli şərtlərlə “Smart kassa” aparatlarını təklif edir.


     



12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru

18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru


20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


26.02.2019
Elçin Həsənov
Bank VTB (Azərbaycan) -ın orta və kiçik müştərilərlə iş idarəsinin Rəisi


10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini

06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri



18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment