1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İKZF zəmanət və faiz subsidiyalarının verilməsinin prosedur qaydalarına dəyişiklik edib
19.06.2019

Bakı, FinanceTime. İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər çərçivəsində sahibkarların, xüsusilə kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, eləcə də kredit zəmanət mexanizminin təkmilləşdirilməsi və stimullaşdırılmasına dəstək məqsədilə İdarə Heyətinin 25 may 2018-ci il tarixli 08-2018 nömrəli qərarı ilə təsdiq edilən “Sahibkarlıq kreditləri üzrə zəmanətlərin və faiz subsidiyalarının verilməsinin prosedur Qaydaları”na (Qaydalar) dəyişiklik edib.

Dəyişikliyə əsasən, zəmanət verilməsi üçün müvəkkil bank tərəfindən təqdim edilən sənədlərin siyahısı ilə bağlı kredit məbləği üzrə müvafiq hədd 200 min manatdan 350 min manata qaldırılıb.Bundan başqa, yeni qaydalara görə, təminatın kreditə nisbəti kateqoriyaları borcalanın kredit reytinqi ilə əlaqələndirilir. Başqa sözlə, kredit reytinq modelinə əsasən yüksək reytinqə malik, yəni risk səviyyəsi aşağı olan sahibkarlıq subyektlərindən təminat tələb olunmur. Reytinqə əsasən orta risk səviyyəsinə malik sahibkarlıq subyektlərinin təminatına tələblər isə daha da yumşaldılıb. Bundan başqa, zəmanət üzrə müraciət zamanı tələb olunan sənədlər də sadələşdirilib.

Qeyd olunan dəyişikliklər təminat yetərsizliyi səbəbindən bank kreditlərinə çıxışı olmayan sahibkarlıq subyektləri üçün maneələrin aradan qaldırılmasına, istər say, istər sektor, istərsə də coğrafi baxımdan daha çox sahibkarın maliyyə resurslarına çıxış imkanlarının artırılmasına şərait yaradacaq. Eyni zamanda, yeni qaydalarbankların kredit risklərini sığortalamaqla kredit layihələrinin maliyyələşməsini stimullaşdıracaq.

Qaydalara edilən yeni dəyişikliklərlə bağlı müvəkkil banklarla görüş təşkil olunub, təqdimat keçirilib, suallar cavablandırlıb. 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası”nın 7.4-cü bəndinə görə, təminatın kreditə nisbəti kateqoriyalarının (aşağı, yuxarı və orta) hədlərini Fondun İdarə Heyəti müəyyən edir və ona ən azı ildə bir dəfə olmaqla yenidən baxılır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment