1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak etdi
18.06.2019

Bakı, FinanceTime.  12-14 iyunda Bakıda baş tutmuş Dünya Gömrük Təşkilatının İT üzrə tədbirinin - WCO IT/TI 2019 Konfrans və Sərgisinin dəstəkləyicilərindən biri olmuş “Microsoft” konfransda yeni innovasiya və texnoloji həllərin təqdimatı ilə çıxış edib.

Şirkəti tədbirdə qlobal texno strateq Frenk Kolvert, gömrük və ticarət işləri üzrə direktor Con Besçek, dövlət qurumları üzrə həllərin direktoru Valentina İon, Mərkəzi və Şərqi Avropa dövlətləri üçün sənaye həlləri üzrə direktor Evanqelos Xrisafidis və “Microsoft Azerbaijan”ın dövlət qurumları ilə iş üzrə rəhbəri Kamran Əsədov təmsil edib.

Konfransa spiker qismində qatılan Frenk Kolvert çıxışında ən son innovasiyaların risk menecmentində tətbiqi, həmçinin gömrük və sənayedə Iot texnologiyasının reallaşdırılıması haqqında danışıb. Qlobal mütəxəssis yeni innovasiyaların işçilərin fəaliyyətlərinin rəqəmsallaşdırılması, qurumlar arasında əməkdaşlığın artırılması, büdcələrin optimallaşdırılması, köhnəlmiş amma bahalı texnologiların yenilənməsində əhəmiyyətini vurğulayıb. “Microsoft”un texnologiya və innovasiya sahəsində böyük təcrübəsini önə çəkən ekspert şirkətin geniş portfoliosu, tərəfdaş ekosistemi, İot təcrübəsi barədə konfrans iştirakçılarına geniş məlumat verib. Frenk Kolvertin risk menecmenti və Iot texnologiyası haqqında çıxışlarını aşağıdakı linklərə daxil olaraq izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=rozMCTkX6Mo

https://www.youtube.com/watch?v=f2XM5oLqgJY

Qeyd edək ki, “Microsoft” dünya üzrə E-Gömrük və E-Ticarət biznesini optimallaşdırmağa kömək edir. Bunun üçün şirkət dövlətlər və biznes arasında beynəlxalq ticarətdə təhlükəsizliyin artırılması və qiymətlərin endirilməsi üçün gömrük və ticarət prosedurlarının sadələşdirilməsi, uyğunlaşdırılması, standartlaşdırılması və müasirləşdirilməsini həyata keçirir.

Məlumatların təhlükəsiz ötürülməsinə əsaslanmış “milli vahid pəncərə” sistemi və riskin dəyərləndirilməsi yanaşması “Microsoft” və tərəfdaşlarının təklif etdiyi həllərdən cəmi ikisidir. “Microsoft”un məqsədi ən son texnoloji innovasiyalar olan İoT, süni intellekt və blokçeyni gömrük orqanları və onların tərəfdaşlarının məqsədlərinə çatmaları üçün əlçatan etməkdir. Gömrük prosedurları və gömrük işçilərinin təlimləri üçün nəzərdə tutulmuş sərgidə “HoloLens” cihazı iştirakçılar tərəfindən maraqla qarşılandı.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment