1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank of Baku-nun baş sponsorluğu ilə baş tutan Tələbələrarası İntellekt Olimpiadasının qalibləri açıqlandı!
18.06.2019

Bakı, FinanceTime.  Hər zaman cəmiyyətin dəyərlərinə dəyər verən və bu istiqamətdə bir çox sosial layihələrə dəstək olan Bank of Baku daha bir layihəyə öz imzasını atdı.

Ölkənin aparıcı və innovativ bankı Bank of Baku-nun baş sponsorluğu, “LEAD Education” Təhsil və İnnovasiya Mərkəzi və “YAP Gənclər Birliyi” və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi ilə keçirilən "Tələbələrarası İntellekt Olimpiadası"nın qalibləri açıqlandı.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş olimpiadanın mükafatlandırma tədbiri 15 iyun tarixində Nizami Kino Mərkəzində baş tutdu.

Qeyd edək ki, ölkə üzrə 23 universitetdən ümumilikdə 10.254 nəfər tələbənin iştirak etdiyi olimpiadada 450 nəfər finala vəsiqə qazanıb. Layihədə birinci yerin qalibi Xəzər Universitetinin I kurs tələbəsi Tamerlan Abdullayev, ikinci yerin qalibi Cəbrayıl rayon sakini, ADA universitetinin I kurs tələbəsi Elvin Quluzadə və üçüncü yerin qalibi isə Bakı Ali Neft Məktəbinin tələbəsi Əsədullah Camalov olub. Qaliblər və finalçılar müxtəlif hədiyyə və sertifikatlarla mükafatlandırılıb.

Bankın baş sponsorluğu ilə baş tutan olimpiadanın əsas məqsədi gənclərdə Azərbaycan tarixinə maraq yaratmaq və onlarda tarixi hadisələrə şüurlu və yaradıcı təfəkkürlə yanaşma imkanı vermək idi.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment