1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Carlsberg Azerbaijan” şirkəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşılıqlı anlaşma haqqında memorandum imzaladı
14.06.2019

Bakı, FinanceTime.  İyun ayının 12-si “Carlsberg Azerbaijan” pivə zavodunun 50 illik yubileyinə həsr olunmuş tədbirdə ölkənin ən böyük pivə şirkəti “Carlsberg Azerbaijan”Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə qarşılıqlı anlaşma haqqında memorandum imzaladı. Memorandum ətraf mühitin qorunması məqsədi ilə tullantıların idarə edilməsi sahəsində kooperasiyaya yönəldilən üç illik əməkdaşlığı nəzərdə tutur.

Qeyd edək ki, zavod istismara 1969-cu ildə verilib və o, SSRİ-dəki altı ən böyük pivəbişirmə müəssisəsindən biri idi. 1997–ci ildə “Qrup Kastel” şirkəti zavodu almış və 2000-ci ildəMilli Lider Heydər Əliyevin iştirakı ilə təntənəli açılış mərasimi baş tutub. 2008-ci ildə zavod “Carlsberg Group”un bir hissəsi oldu.

Ətraf mühitin qorunması sahəsində fəaliyyət “Carlsberg Group”undayanıqılı inkişaf proqramı olan “Birlikdə SIFIRA Doğru”unbir hissəsidir. Belə ki,Carlsberg Group”un bütün şirkətləri öz ambisiyalı hədəflərini proqram çərçivəsində bu istiqamətlərdə reallaşdırmağa cəhd göstərirlər: SIFIR karbon izi, SIFIR su itkisi, SIFIR məsuliyyətsiz istehlak və SIFIR bədbəxt hadisə. Qeyd edək ki, son 3 il ərzində “Carlsberg Azerbaijan”təbii qaz istehlakını 34%, su istehlakını 43%, elektrik enerjisini isə 33% azaltmağa nail olub.Bundan əlavə, şirkətdə tullantıların ayrı toplanması da həyata keçirilir.

“Carlsberg Group”gündəlik tələbat mallarının istehsalçıları arasında ekoloji qablaşdırma texnologiyalarının təkmilləşdirilməsi sahəsindəki pionerlərdən biridir.2018–ci ildə “SnapPack” multipakları üçün plastik kütlənin istifadəsini hər il 1200 ton azaltmağa imkan verən inqilabi qablaşdırma buraxılıb, həmçinin şirkət daha əvvəl biomateriallardan hazırlanmış ekoloji butulkanın (Green Fiber Bottle) istehsalını daelan etmişdir. Bundan əlavə, “Carlsberg Group”a daxil olan İsveç pivə şirkəti Falkenberq dünyada ilk karbon-neytral pivəhazırlayanlardan biridir.

Vyaçeslav Maltsev, “Carlsberg Azerbaijan” şirkətinin Baş Direktoru: “Mən çox şadam ki, zavodumuzun 50 illik yubileyində biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi iləqarşılıqlı anlaşma və əməkdaşlıq barəsində memorandum imzalayırıq. Bu, bizim yarıməsrlik tariximizin və şirkətin Azərbaycanda gələcəkdə düzgün inkişafının vektorunu simvolizə edir.”

Carlsberg Azerbaijan pivə zavodu Xırdalan şəhərində, Azərbaycan paytaxtından 10 km məsafədə yerləşir. Zavodun istehsal gücü ildə - 8 mln.dekalitrdir, şirkətdə təxminən 250 nəfər və 400-ə yaxın vasitəçilər işləyir (distribütorlar, agentliklər, podratçılar). Şirkətin  zavodun inkişafına investisiyalarının ümumi həcmi təqribən 50 milyon manat təşkil edir. Şirkət portfelinəXırdalan, Tuborg, Baltika 7, Baltika 0, Baltika 9, Baltika Kuler, Efsane, Jiqulyovskoe Firmennoye, Carlsberg, Holsten, Kronenbourg Blanc, Seth and Riley's Garage” kimi məşhur brendlər daxildir.

Carlsberg Group 1847-ci ildə yaradılıb və hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Dünyanın üç iri regionunun - Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsindəCarlsberg Groupun zavodları var və onun məhsulları 150 ölkədə təqdim edilir. Şirkətin portfelinə 140-dan çox pivə marka daxildir. Carlsberg Groupəməkdaşlarının ümumi sayı 42 000-dən çoxdur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment