“ASAN xidmət” mərkəzlərində “Yaşlı könüllülər” layihəsinin ikinci mərhələsinə start veririlir
13.06.2019
Bakı, FinanceTime. Artıq bütün "ASAN xidmət" mərkəzlərinə təqaüdə çıxmış vətəndaşlar könüllülük fəaliyyəti üçün müraciət edə bilərlər.
Layihənin məqsədi “ASAN Könüllülük” Məktəbi vasitəsilə təqaüd yaşına çatmış şəxsləri təcrübə mübadiləsinə cəlb etmək, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətdə aktiv rol oynamağa dəvət etmək, onlara sosial inteqrasiya və yeni insanlarla tanış olmaq imkanı yaratmaqdır.