1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank müştərisi lotereyada Santoriniyə səyahət paketi qazandı
13.06.2019

“Unibank”ın “Bahar lotereyası”nın ikinci (sonuncu) tirajının qalibləri artıq müəyyən edilib. Qaliblər tiraj komissiyasının iştirakı ilə xüsusi kompüter proqramı vasitəsilə seçilib.

Bakı, FinanceTime.  Fazil Canayev tirajın əsas mükafatının - Yunanıstanın Santorini adasında 2 nəfərlik 6 gecə/7 gün, 5 ulduzlu otel və səhər yeməyinin də daxil olduğu səyahət paketinin sahibi olub. Fazil Canayev deyir ki, uzun illərdir Unibankın müştərisidir: “5 ildən çoxdur ki, Unibank kartlarından istifadə edirəm və müştərilərə göstərilən xidmətdən çox razıyam. Lotereyadan xəbər tutanda, uduş şanslarımın çox olması üçün maksimum çalışdım ki, bütün alış-verişlərimi, ödənişlərimi Albalı debet kartımla edim. Səyahət paketini  qazanmağı arzulayırdım, bununla belə bankdan zəng edib deyəndə ki, qalib siz olmusunuz, çox böyük sürpriz oldu. Bu, mənim ilk lotereya uduşum olsa da, çox dəyərli və ailəmizə sevinc yaşadan bir hədiyyə oldu. Müştərilərinə tez-tez belə gözəl sürprizlər etdiyi və daim yüksək bank xidmətləri göstərdiyi üçün “Unibank”a təşəkkürümü bildirərəm”.

Xalidə Xudayarova isə lotereyada 1000 manat pul mükafatı qazanıb. Müştəri bildirir ki, alış-verişlərinin əksəriyyətini Albalı debet kartı ilə edir: “Albalı kartı həm sərfəlidir, həm də xərclərimə nəzarət etməyimə imkan verir. Bu mənim həyatımda ilk lotereya uduşudur. İnanıram ki,“Unibank”ın bu xoş sürprizi həyatımda bundan sonra qəfil və gözəl hədiyyələrin başlanğıcı olacaq”.

Xəyal Ağayev də lotereyada yüksək məbləğdə pul uduşunu qazanan Unibank müştərilərindən biridir: “Uzun illərdir Unibank müştərisiyəm. Albalı kredit kartından istifadə edirəm. Demək olar ki, bütün alış-verişlərimi, kommunal ödənişlərimi Albalı ilə edirəm. Güzəşt müddətli olduğundan,çox sərfəlidir. Çox şadam ki, xidmətindən hər zaman razı olduğum bankım, məni bu dəfə də sevindirdi - lotereya qalibi oldum. Unibank müştərisi olmaq, həyatında hər zaman xoş sürprizlərin olması deməkdir”.

“Unibank”ın “Bahar lotereyası”nın ümumilikdə 100 qalibi olub. 10 min manatlıq uduş fondu olan lotereyada martın 14-dən mayın 31-dək “Unibank”ın debet, kredit, əmək haqqı kartları ilə lotereya şərtlərinə uyğun nağdsız ödənişlər edən və eləcə də bu müddətdə bankdan Albalı Plus kredit kartı alan müştərilər iştirak edib. Lotereya nağdsız əməliyyatların artırılmasını stimullaşdırmaq məqsədi ilə keçirilib.

Lotereyanın ikinci (sonuncu) tirajının qaliblərinin siyahısı unibank.az saytında https://www.unibank.az/az/news/retail/486/_unibank_kb_bahar_lotereyasi_nin_2_ci_tirajinin_qaliblerini_achiqladi yerləşdirilib.

Unibankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank- hər kəsin bankı!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment