1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


İş adamları AccessBank-ın biznes forumunun ənənəyə çevrilməsini arzulayır
13.06.2019

Bakı, FinanceTime. Xəbər verildiyi kimi, 2019-cu ilin iyun ayının 11-də AccessBank-ın təşkilatçılığı ilə biznes forum keçirildi. 200-dək iş adamının iştirakı ilə baş tutan tədbirdə vergi və gömrük sahələrinə dair aktual olan məsələlər ətrafında müzakirələr aparıldı. "Vergi" və "Gömrük" panellərinə qatılan qonaqlar suallarını AccessBank-ın əməkdaşları, bu sahələr üzrə ixtisaslaşmış ekspertlər, BİG-4 üzvü olan şirkət nümayəndələrinə ünvanlayıblar. Bununla yanaşı, biznes forum sahibkarlar üçün əlaqələrinin genişləndirilməsi baxımından faydalı platforma rolunu oynadı.

Foruma qatılan sahibkarlar tədbiri yüksək qiymətləndirib, olduqca faydalı məlumatlar əldə etdiyini bildiriblər. Onların əksəriyyəti hesab edir ki, AccessBank bu tədbiri ənənəyə çevirməlidir.

Belə düşünən qonaqlardan biri fərdi sahibkar Qoşqar Rüstəmovdur: "İlk növbədə AccessBank-a təşəkkür edirəm ki, iş adamları üçün belə bir fürsət yaratdı. Bildiyimiz kimi, son 2-3 il ərzində vergi və gömrük sahəsində qanunvericiliyə ciddi dəyişikliklər edildi. Bu baxımdan hesab edirəm ki, hətta ən məlumatlı sahibkar belə bu cür tədbirlərdə iştirak edərək faydalı məlumatlar əldə etmək imkanı qazanır. Tədbirdə sözün yaxşı mənasında gərgin diskussiyanın şahidi olduq. Bu tədbirdən öncə biz digər iş adamları ilə müzakirə apardıq və beynimizdə bir sual canlandı: bu qədər məsrəf AccessBank-a nə üçün lazımdır? Mənə elə gəlir ki, bu sualın cavabını tapmaq üçün AccessBank-ın səhmdarlarının siyahısına baxmaq kifayət edər. Başqa sözlə, AccessBank Asiya müdrikliyi və Avropa intizamı nümayiş etdirərək müştərilərinin maliyyə savadlılığını artırır".

"Narda Park" MMC-nin rəhbəri Ənvər Qasımov isə deyir ki, tədbirdə iştirak etməklə bütün suallarına cavab tapdı: "Açığı iş qrafikimin olduqca gərgin olmasına baxmayaraq, illərdir müştərisi olduğum AccessBank-ın təşkil etdiyi biznes foruma qatıldım və çox faydalı məlumatlar əldə etdim. Bir çox sahibkarlar kimi, mən də bu biznes forumun ənənəyə çevrilməsini arzulayıram. Forumda olduqca maraqlı suallar qaldırıldı və mən sevinirəm ki, heç bir sual cavabsız qalmadı".

"Real Group" MMC-nin maliyyə direktoru Həmid Qurbanov da ümid edir ki, biznes forum gözəl ənənəyə çevriləcək: "Əvvəla, biznes forumun yüksək səviyyədə təşkil olunduğu üçün AccessBank-ın komandasına təşəkkür edirəm. Forumda vergi və gömrük sahələrinə dair olduqca maraqlı və aktual məsələlər qaldırıldı. Spikerlərin seçiminə görə AccessBank-a xüsusi təşəkkür etmək istərdim. Çünki ünvanlanan sualları dəqiq, əhatəli və konkret misallar göstərməklə cavablandırmaq çox vacibdir. Ümid edirəm ki, ilk dəfə keçirilən biznes forum gözəl ənənə halını alacaq. Sahibkarların bu cür tədbirlərə çox ehtiyacı var".









     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment