1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Komissar Han Bakıda Aİ-Azərbaycan Biznes Forumunun açılışını edəcək
13.06.2019

Bakı, FinanceTime.  Bu gün Avropa Qonşuluq Siyasəti və Genişlənmə ətrafında Danışıqlar üzrə Avropa İttifaqının Komissarı Yohannes Han Aİ-Azərbaycan Biznes Forumunda iştirak etmək üçün Bakıya gəlmişdir.

Dövlət və özəl sektor: Aİ və Azərbaycandan olan və biznes əlaqələrini möhkəmləndirmək məqsədi güdən yüzlərlə hökumət və əsasən də biznes rəhbərləri Aİ-nın aparıcı illik tədbiri olan Aİ-Azərbaycan Biznes Forumunda bir araya gəlir. Biznes Forumuna həm kiçik və orta müəssisələrin (KOM), həm də böyük şirkətlərin nümayəndələri cəlb olunur.

Komissar Han Biznes Forumun açılış sessiyasında Aİ və Azərbaycanın yüksək səviyyəli digər hökumət nümayəndələri ilə birgə açılış nitqi söyləyəcəkdir. Han bir daha təkrar edəcəkdir ki, Azərbaycan iqtisadiyyatının daha çox diversifikayası istiqamətində göstərilən təşəbbüslərdə Aİ Azərbaycanın yanında durmağa qəti qərarlıdır.

Biznes tədbirindən əvvəl Komissar Han demişdir: "Biznes Forumu biznes üçün əlverişli mühitin təşviq edilməsi üçün çox faydalı platformadır ki, burada Aİ və Azərbaycan şirkətləri arasında əməkdaşlıq çiçəklənə bilər. Aİ və Azərbaycandan olan bütün biznes nümayəndələrinin fikirlərini eşitmək, onların çətinlikləri və gördükləri imkanlarla tanış olmaq mühümdür. Əminəm ki, Aİ-Azərbaycan arasında yeni saziş ərsəyə gələn kimi bu, iqtisadi imkanların artmasına da yardım edəcəkdir."

Biznes Forumda Almaniya-Azərbaycan Ticarət Palatası (AHK) Aİ-nın dəstəklədiyi "Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2019" təqdim edəcəkdir ki, onun nəticələri Aİ-Azərbaycan biznes münasibətləri üçün əlverişli mühitə yönələn canlı müzakirələr üçün başlanğıc nöqtəsi olacaqdır. Qarşılıqlı Bağlılıq, Kənd Təsərrüfatı və Turizm sahəsində keçiriləcək panel müzakirələrində sektor üzrə spesifik strategiya və layihələrə dair fikir mübadiləsi aparılacaqdır.

Aİ-Azərbaycan Biznes Forumunda iştirak etməklə yanaşı, Komissar Han Prezident İlham Əliyevlə, eləcə də Xarici İşlər Naziri Elmar Məmmədyarovla görüşərək, Aİ-Azərbaycan arasındakı münasibətləri geniş şəkildə müzakirə edəcəkdir. Aİ qarşılıqlı bağlılıq, gənclər və təhsil sahəsində əsas tərəfdaşdır və səfər zamanı bu məsələlərə də diqqət ayrılacaqdır. Komissar Han Azərbaycanın nəqliyyat və logistika qovşağına çevrilməsi ilə bağlı iddialarını Bakı Limanında keçiriləcək görüşdə müzakirə edəcəkdir. Öz potensialını idman növləri vasitəsilə inkişaf etdirməsində əlilliyi olan uşaqları dəstəkləyən Aİ-nın maliyyələşdirdiyi və YUNİSEF-in həyata keçirdiyi layihəyə səfər edərkən, eləcə də Aİ-Azərbaycan münasibətlərinə dair fikir bölüşmək üçün gənclərlə, o cümlədən Gənc Avropa Səfirləri ilə görüşərkən Aİ-nın gənclərə və cəmiyyətə göstərdiyi dəstək vurğulanacaqdır.

 

Ümumi məlumat

Aİ Azərbaycanın ilk iqtisadi tərəfdaşı olub, ölkə ticarətində və xarici birbaşa investisiyalarda böyük pay sahibidir. Azərbaycanda hazırda 400-dən artıq Aİ şirkəti fəaldır. Aİ-nın maliyyələşdirdiyi illik Aİ-Azərbaycan Biznes Forumu debatların aparılması və şəbəkələşmə üçün platformadır ki, Azərbaycanda iqtisadi və biznes sahəsindəki cari dəyişiklikləri müzakirə etmək və Aİ-Azərbaycan arasında biznes münasibətlərini genişləndirmək məqsədi güdür. Aİ-Azərbaycan Biznes Forumu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən Almaniya-Azərbaycan Ticarət Palatası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə əməkdaşlıqda təşkil olunur. Bu, beşinci Biznes Forum olacaqdır.

Ümumiyyətlə, Aİ-Azərbaycan arasındakı əməkdaşlıq güclənmişdir. 2018-ci ilin sentyabr ayında qüvvəyə minmiş Tərəfdaşlıq Prioritetləri 2020-ci ilədək əməkdaşlığımızın çərçivəsini müəyyən edir. Aİ-Azərbaycan arasında yeni saziş ətrafında aparılan danışıqlar yekun mərhələdədir. Aİ-nın Azərbaycana göstərdiyi ikitərəfli yardımın 2014-2020-ci illəri əhatə edən müddətdə € 106 milyona çatacağı ehtimal edilir ki, yardım xüsusilə də kənd təsərrüfatı və kənd yerlərinin inkişafı, eləcə də təhsil kimi əsas sahələrdə iqtisadiyyatın diversifikasiyası istiqamətində Azərbaycanın göstərdiyi cəhdlərin dəstəklənməsinə yönələcəkdir. Aİ-nın yeni planlaşdırılan yardımı ilə Tərəfdaşlıq Prioritetlərinin həyata keçirilməsi dəstəklənəcəkdir.

 

Əlavə məlumat və qeydiyyat üçün

Gündəlik və spikerlərlə bağlı əlavə məlumat Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin internetFacebook səhifəsində elan olunacaqdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment