1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında müxtəlif mövzular üzrə qarşılıqlı təcrübə mübadiləsi və seminarlar keçirib
12.06.2019

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupu ilə birgə seminarlar keçirib

Bakı, FinanceTime.  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Türkiyənin məşhur Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlığı çərçivəsində 10-12 iyun 2019-cu il tarixlərində Mərkəzi Gömrük Hospitalında aparıcı mütəxəssislərin iştirakı ilə müxtəlif mövzular üzrə qarşılıqlı təcrübə mübadiləsi  və seminarlar  keçirib.

Florence Nightingale Xəstəxanalar Qrupunun direktor müavini Dr. Sinan Nazif Aranın rəhbərlik etdiyi Türkiyənin 7 nəfərdən ibarət yüksək ixtisaslı mütəxəssislər heyəti müasir tibb sahəsində infeksiya nəzarəti, tibb bacısı xidmətində beynəlxalq standartlar, beynəlxalq akkreditasiya, xəstəxana xidmətlərində keyfiyyətə nəzarət, insan resursları, marketinq  və digər sahələr üzrə öz təcrübələrini hospitalın tibb və inzibati idarəetmə heyəti ilə bölüşüb.

Azərbaycan və Türkiyə mütəxəssislərindən ibarət işçi qrup görüşlərində müasir tibbi xidmətin hər bir sahəsində ən qabaqcıl dünya təcrübəsinin öyrənilməsinə və tətbiq edilməsinə xüsusi diqqət ayrılıb. Türkiyə mütəxəssisləri Mərkəzi Gömrük Hospitalın tibb və inzibati idarəetmə heyətinin potensialını yüksək qiymətləndirərək müsbət fikirlər söyləyiblər. 

Qeyd edək ki, 3 may 2019-cu il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, Florence Nightingale Xəstəxanalar Qrupu və Türkiyə Cümhuriyyəti Demiroğlu Bilim Universiteti arasında üçtərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində  iyun ayından etibarən Mərkəzi Gömrük Hospitalın tibb bacıları və tibb qardaşları Florence Nightingale Xəstəxanalarında çalışacaq və eyni zamanda Türkiyə Cümhuriyyəti Demiroğlu Bilim Universitetində təhsil alacaqlar.






















 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment