1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank-ın ilk biznes forumunda cavabsız sual qalmadı!
12.06.2019

2019-cu ilin iyun ayının 11-də AccessBank-ın təşkilatçılığı ilə vergi və gömrük məsələlərinə aid biznes forum keçirildi.

Bakı, FinanceTime. Forumun açılışında çıxış edən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov qeyd edib ki, tədbirə maraq olduqca böyük idi: "Bunun əsas səbəbi burada müzakirə olunacaq mövzulardır. Bildiyimiz kimi, bizim müştərilərimiz və potensial tərəfdaşlarımızın hər biri vergi ödəyiciləridir. Üstəlik, onların böyük bir qismi idxal-ixrac əməliyyatları ilə məşğuldur.Sözsüz ki, onların bu sahələrə aid xeyli sualları var. "Sahibkarın dostu" adını qazanmış bir bank kimi biz qərara gəldik ki, belə bir tədbir keçirək və sahibkarları maraqlandıran sualları cavablandıraq".

Daha sonra sədr təqdimatla çıxış edib. Cənab Həsənov təqdimatında bildrib ki,ölkədə müşahidə olunan makroiqtisadi sabitlik sahibkarlıq subyektlərinin fəaliyyətinə müsbət təsir edən əsas amillərdəndir.Bank rəhbərinin sözlərinə görə, AccessBank öz missiyasına sadiq qalaraq yarandığı gündən etibarən ölkədə sahibkarlığın inkişafına dəstək verir:"Bir qürurverici faktı diqqətinizə çatdırmaq istərdim ki, mikro sahibkarlıq sahəsində verilən kreditlərin 60%-dək AccessBank-ın payına düşür. Biz bundan sonra da geniş filial şəbəkəmiz vasitəsilə müştərilərimizə tamçeşidli xidmətlərtəklif etməklə əlçatanlığımızıqorumağı çalışacağıq. Bununla yanaşı, innovativ maliyyə xidmətlərinin tətbiqi bizə bazardakı lider mövqelərimizi saxlamağa imkan verəcək".

Daha sonra forum paralel keçirilən iki panellərlə davam etdirilib.Vergi panelinə qatılanların suallarını iqtisadçı-ekspert Samir Əliyev, AccessBank-ınBiznesə dəstək departamentinin direktoru Rəhman Əliyev, Beynəlxalq Təlim və Layihə Mərkəzinin təlimçisi İlkin Dövlətov, KPMG-nin baş vergi məsləhətçisi Xəlil Əlizadə cavablandırıb. Gömrük panelinə qatılanlar isə suallarını AccessBank-ınPərakəndə biznes departamentinin meneceri Cəmilə Tağıyeva, Beynəlxalq Təlim və Layihə Mərkəzinin təlimçiləri Fuad Məmmədov və Əliəkbər Heydərov, KPMG-ninhüquq üzrə meneceri Simuzər Feyzullayevaya ünvanlayıblar. Sual-cavab sessiyası olduqca maraqlı diskussiya şəraitində keçib.















     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment