1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Yeni Nəsil” sahibkarlar üçün biznesin inkişafı davam edir
12.06.2019

Bakı, FinanceTime.   “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən “Coca-Cola” Fondunun əsas dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə həyata keçirilən “New Generation” layihəsinin “Mentorluq və Biznesin İnkişafı” mərhələsi üzrə fəaliyyətlər davam edir.

2018-ci ilin Noyabr ayında start götürən “New Generation” layihəsi ümumilikdə 4 iqtisadi regionu (Abşeron, Quba-Xaçmaz, Şəki-ZaqatalaGəncə-Qazax) əhatə edir. Hal-hazırda ilk 2 mərhələdə iştirak etmiş gənclər “New Generation” layihəsinin III mərhələsi olan “Mentorluq və Biznesin İnkişafı” mərhələsinə keçid alıb. Aprel ayından başlamış olan bu mərhələdə iştirakçılar ilk öncə “face-to-face” görüşlərdə iştirak edib. Daha sonra isə onlar Təhsil Nazirliyinin, SƏBA ASC, AzGranata MMC, “P&G”, “INNOLAND” Akselerasiya Mərkəzi, “Yello Advertising”, “Interno”, “Tech Academy”, “The Office”, “Matrix Training Center”, “Cafe Nina Baku” və digər tərəfdaşların dəstəyi ilə bir çox təlim və vörkşoplara qatılıb. İştirakçılar vergi və hüquq, biznes model kanvas, marketinq, satış, təqdimat bacarıqları, rəqəmsal marketinq, komanda quruculuğu, brendinq kimi info-sessiya və vörkşoplarda iştirak edərək yeni bilik və təcrübələrə yiyələnib. Həmçinin iştirakçılar və digər startapçı gənclər üçün proqramlaşdırma mütəxəssislərinin də iştirak etdiyi “Team Fishing” görüşü təşkil olunub. Keçirilən təlim və görüşlərdə ümumilikdə 200-dən çox gənc sahibkar əhatə edilib. “Mentorluq və Biznesin İnkişafı” mərhələlərini yekunlaşdırdıqdan sonra artıq startapçı komandalar “New Generation” layihəsinin yekun mərhələsi olan Pitçinq mərhələsində münsiflər heyəti qarşısında layihələrini təqdim edərək 35000 AZN-dək investisiyadan yararlana biləcək.

Eyni zamanda layihə iştirakçıları “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən qurulmuş onlayn mentorluq platforması ilə müxtəlif sahələr üzrə mütəxəssis olan mentorlarla onlayn video və səsli zənglər etmiş, bir neçə dəfə görüşlər keçirərək öz bizneslərinin inkişafı üçün faydalı məsləhət və dəstək alıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment