1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azər Türk Bank qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə agent-bank seçilmişdir
11.06.2019

Bakı, FinanceTime. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qiymətli kağızlarla ticarətdən irəli gələn hesablaşmalarını dünya standartlarına uyğun olaraq təkmilləşdirmək məqsədi ilə hesablaşma agentlərinin iştirakı ilə yeni klirinq və hesablaşma modeli tətbiq edilmişdir. Bununla əlaqədar "Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair kollektiv saziş" imzalanıb.

Sazişin məqsədi Bakı Fond Birjasında (BFB) bağlanılan əqdlər üzrə hesablaşmaların həyata keçirilməsi üçün BFB-nin üzvü olan investisiya şirkətlərinin pul öhdəliklərinin Hesablaşma agentləri tərəfindən icrası və bundan irəli gələn digər vəzifələrin yerinə yetirilməsidir.

Bu məqsədlə MBNP tərəfindən yeni klirinq təsisatının üzvü qismində yerli banklar sırasından Hesablaşma agenti seçilmiş dörd maliyyə-kredit təşkilatından biri də Azər Türk Bank olmuşdur.

Bankdan bildirmişlər ki, qiymətli kağızlar bazarında əhəmiyyətli inkişafa rəvac verəcək bu yeni modelin tətbiqi, həmçinin investisiya şirkətlərinin və eyni zamanda onlarla partnyorluq edən müştərilərin banklara cəlb edilməsi ilə əməliyyat həcmlərinin artırılmasına, biznesin inkişaf etdirilməsinə və bank fəaliyyətinin genişləndirilməsinə də təsir edəcəkdir.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment