1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


VTB (Azərbaycan) Black Edition premium kartını təklif edir
10.06.2019

Bakı, FinanceTime. VTB (Azərbaycan) Mastercard ödəniş sisteminin Black Edition premium kartının buraxılışına başlayıb. Bu kart müştərilərə bir sıra üstünlüklər, o cümlədən özəl xidmət və hava limanlarının Lounge Key bizneszallarından istifadə imkanları verir. Bundan başqa, səyahət zamanı kart sahibləri müxtəlif növ nəqliyyat, əyləncəli tədbirlər üçün biletlərin bronlaşdırılması, eləcə də otellərin və digər məkanların axtarışına kömək edən konsyerj-xidmətindən istifadə edə bilər. Bu xidmətdən 24 saat ərzində ayrılmış xüsusi telefon nömrəsi və elektron poçt vasitəsi yararlanmaq mümkündür.

Black Edition kart sahiblərinə sığorta üzrə sərfəli şərtlər də təklif olunur. Belə ki, proqram müştərilərin həm ölkə daxilində, həm də ölkə xaricində səyahətlərini əhatə edir, eləcə də kart sahibini səfər zamanı müşahidə edən ailə üzvlərinə də şamil olunur. Proqram qış idman növləri, eləcə də təcili tibbi xərclər, səfər zamanı bədbəxt hadisə və reysin gecikməsi kimi riskləri də ödəyir.

“Black Edition istifadəçilərinə geniş imkanlar verən imtiyazlı kartdır. Bank VTB (Azərbaycan) isə onu daha da böyük üstünlüklərlə tamamlayıb. Bu, multivalyuta kartıdır və müştərilərə dörd müxtəlif valyutada – manat, rubl, dollar, avroda əməliyyatlar həyata keçirməyə imkan verir. Konvertasiyaya görə komissiya nəzərdə tutulmayıb.Kartın bütün hesabları üçün xaricdə 100 manatdan (və ya xarici valyuta ekvivalenti) artıq nağdsız əməliyyat zamanı 1% məbləğində CashBack də nəzərdə tutulub. Daha bir üstünlük isə hesabdakı qalığa 4,5%-dək gəlirin hesablanmasıdır. Əminəm ki, bu bonuslar kartdan rahatlıqla istifadə etməyə imkan verəcək”- deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü, pərakəndə biznesin inkişafı departamentinin direktoru Dmitriy Qalaşev bildirib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment