1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


BMqT-nin Azərbaycan regionlarda gəlir gətirən təşəbbüsləri dəstəkləməkdədir
04.06.2019

Bakı, FinanceTime. 2019-cu ilin 20-22 may tarixlərində BMqT-nin Azərbaycan nümayəndəliyinin təmsilçiləri ABŞ-ın İnkişaf Agentliyinin tərəfindən Lənkəran-Masallı rayonlarında keçirdiyi və Agentliyin maliyyələşdirdiyi layihələrin icra vəziyyətini nəzərdən keçirməyə imkan verən tədbirdə iştirak etmişdilər. Hər il keçirilən bu tədbirin əsas məqsədi strateji tərəfdaşlığı və donorların cəlbini daha da genişləndirmək, tərəfdaşlar arasında məlumat mübadiləsini, daha təkmil adaptiv idarəetməni təmin etmək üçün təşkilati təcrübədən istifadəni təmin etməkdir.

BMqT-nin nümayəndələri adı çəkilən tədbirə gündəliyinə daxil olan “Həssas icmaların dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində iki sahə səfəri təşkil etmişdir. Birinci səfər zamanı qonaqlar Bənarə Hacıyevanın dərzi sexinə baş çəkmişlər. Hacıyeva öz biznesi haqda, BMqT Azərbaycan tərəfindən USAİD-nin maliyyə dəstəyi ilə ona göstərilən dəstək haqda məlumat vermişdir. Ona biznesini başlamaq üçün təqdim olunmuş tikiş maşınları və dəzgahları üçün təşəkkür etmişdir: "Bu mənim ad günümdə verilmiş ən qiymətli hədiyyələr olmuşdur".

İkinci səfər zamanı qonaqlar Masallının Bina-Xocovar kəndində Rufanə Dadaşovanın gözəllik salonunun açılışında iştirak etdilər. USAİD-nin dəstəyi ilə BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən “Həssas icmaların dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində Dadaşova müvafiq təlimlərdən keçmiş və biznesə başlamaq üçün lazımi avadanlıqla təhciz olunmuşdur.

IOM Azərbaycan və USAİD Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil etmişdir

2019-cu ilin 21 may tarixində USAID və İOM Azərbaycan Ramazan ayı münasibətilə Lənkəran şəhərində yerləşən Xəzər Palas Otelində iftar süfrəsi təşkil etmişdir. İftarda USAID və İOM Azərbaycan nümayəndələrindən əlavə, Lənkəran-Masallı bölgəsindən Dini icma liderləri və Dini İşlər üzrə Dövlət Komitəsinin regional nümayəndəliyinin təmsilçiləri iştirak etmişlər.

USAID-in Azərbaycandakı missiyasının direktoru Cey Sinqx Komitə nümayəndələri və regionunun imamlarına bir yerə toplaşaraq icmaların dayanıqlığını müzakirə etmək imkanı yaratdıqları üçün öz təşəkkürünü bildirmişdir. BMqT və USAİD-nin yerli nümayəndələri təşkilatlar arasında mövcüd olan əməkdaşlıqdan öz məmnunluğunu bildirmiş, Azərbaycan və dünya müsəlmanlarının Ramazan bayramı münasibətilə təbrik etmişlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment