1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Xalq Bankdan unikal kredit təklifi
04.06.2019

Bakı, FinanceTime.  Qloballaşan dünyada biznes proseslərinin sürətləndiyi bir zaman tərəfdaşlar arasında etibar və güvənliliyin artırılması, vaxt itkisi və biznes risklərinin minimallaşdırılması, hesablaşmaların təhlükəsizliyi amilləri son dərəcə aktuallaşır. Beynəlxalq ticarət əməliyyatlarının rahat həyata keçirilməsi və yaranan risklərin aradan qaldırılması üçün ən geniş istifadə olunan məhsul akkreditivdir. ASC “Xalq” Bankının beynəlxalq təcrübədə geniş istifadə olunan rahat, əlverişli və təhlükəsiz akkreditivin cazibəliyini artıran unikal təklifi iş adamlarının ürəyincə olacaq.

Belə ki, Bank müştərilərinə beynəlxalq ticarətin maliyyələşdirilməsi, idxal əməliyyatları üçün akkreditiv təyinatlı kredit təklif edir. 500 000 manat və ya 300 000 ABŞ dolları məbləğində bərpaolunan kredit xətti şəklində təqdim edilən kredit akkreditiv üzrə ödəniş tarixindən dörd ay müddətinə verilir. Ənənəvi kredit məhsulları ilə müqayisədə bu kreditin əsas üstünlüyü onun olduqca əlverişli faiz dərəcəsindədir – xətt Azərbaycan manatı ilə illik 8%, ABŞ dolları ilə 4%-lə təklif olunur.

Akkreditiv – satıcı tərəfindən malın göndərilməsi, akkreditivdə nəzərdə tutulan digər şərtlərinin tam olaraq yerinə yetirilməsi və müvafiq sənədlərin təqdim edilməsi müqabilində akkreditivdə qeyd edilən məbləğin satıcıya ödənişini təmin edən bank xidmətidir.

Xalq Bank müştərilərə müxtəlif növ akkreditivlər təklif edir. Bank bu sahədə dünyanın tanınmış 1-ci dərəcəli bankları ilə əməkdaşlıq edir. Bank akkreditivlər üzrə məlumatların verilməsi, müştərinin ehtiyaclarına uyğun akkreditiv növünün seçilməsi, müqavilənin tərtib edilməsi sahəsində tam konsaltinq dəstəyi göstərir.

Xalq Bankın xidmət və məhsulları, aksiya və kampaniyaları haqqında ətraflı məlumatı www.xalqbank.az  saytında və ya 138 Məlumat Mərkəzinə zəng edib əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment