1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank uşaqların səsinə səs verdi!
31.05.2019

Bakı, FinanceTime. AccessBank 1 iyun - Uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunan konsert təşkil edib. Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin azyaşlı tələbələri və "Uşaqların Sağlam Gələcəyi" İctimai Birliyində reabilitasiya keçən xüsusi qayğıya ehtiyacı olan uşaqlar eyni səhnəni paylaşıb.

Olduqca böyük maraqla qarşılanan konsertin keçirildiyi Dövlət Akademik filarmoniyasının Kamera və orqan musiqisi zalında boş yer yox idi. Tamaşaçılar arasında tanınmış incəsənət xadimləri, ictimaiyyət və media nümayəndələri də yer almışdı. AccessBank-ın Marketinq və Korporativ bankçılıq icraçı direktoru Günay Cəlilova: "Ənənəvi olaraq, AccessBank Beynəlxalq uşaqların müdafiəsi günündə balacaları sevindirdi. Bu layihənin reallaşdırmasında əsas məqsədimiz xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasına az da olsa dəstək olmaq idi. İnanıram ki, bu cür layihələri sayı çox olduqca, daha sağlam və gözəl gələcəyə nail ola biləcəyik. Konsertin həyata keçirilməsində bizə verdiyi dəstək üçün Fidan xanım Hacıyevaya xüsusi təşəkkür edirik. AccessBank olaraq uşaqların səsinə səs verməkdən qürur duyuruq".

Xalq artisti Fidan Hacıyeva: "İlk növbədə bu gözəl təşəbbüsə görə AccessBank-a təşəkkür etmək istərdim. İnanıram ki, bu cür layihələrə digər təşkilatlar da qoşulacaq və bu uşaqların cəmiyyətdə layiqli yerini tutması üçün dəstək olacaq. Onlar bizim gələcəyimizdir və biz birgə sağlam və xoşbəxt gələcəyimiz üçün çalışmalıyıq".



























     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment