1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


2019-cu ilin aprel ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb
31.05.2019

Bakı, FinanceTime. 30 aprel 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,769.1 mln. manat,cəmi öhdəlikləri isə 25,349.3 mln.manat təşkil edib. Sektorun balans kapitalı 4,419.8 mln. manat olub.

Aktivlər

Aprel ayına sektorun aktivlərinin 42.6%-ni kredit portfeli təşkil edir. Ay ərzində xalis kredit portfeli 0.3% (30.3mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 12,674.8 mln. manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər üzrə artım olub. Belə ki, ay ərzində milli valyutada kreditlər1.4% (110.9mln. manat) artaraq 8,093.9mln. manata çatıb.

Öhdəliklər

2019-cu ilin aprelayında fiziki şəxslərin əmanətləri 8,625.2mln. manat təşkil edib. Aprel ayında əmanətlər 4.5% (371.7mln. manat) artıb. Ay ərzində fiziki şəxslərin depozit portfelinin artımı müddətli və tələbli əmanətlər hesabına olub. Aprel ayı ərzində fiziki şəxslərin tələbli əmanətləri 13.2% (367.8 mln. manat) artaraq 3,155.5mln. manat, müddətli əmanətlər isə 0.1% (3.9 mln. manat) artaraq 5,469.7 mln. manat təşkil edib.

Hüquqi şəxslərin müddətli depozitləri ilin əvvəli ilə müqayisədə19.2% (278mln. manat) artaraq1,727.7mln. manata çatıb. Hüquqi şəxslərin ümumi depozitlərin ayın sonuna 10,176.4 mln. manat təşkil edib.

Balans kapitalı

Sektorun balans kapitalı aprel ayı ərzində 2.5% (106.1mln. manat)artaraq 4,419.8mln. manata çatıb.

Mənfəət və zərər

Aprel ayında bankların əməliyyat mənfəəti 288.4mln. manat, xalis mənfəəti isə 347.9 mln. manat təşkil edib.Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.8%, kreditlər üzrə faiz gəlirləri isə 18.2% artıb.

Ümumi məlumatlar

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 128, ATM-lərin sayı 2,544 olub.Bank sektorunun işçi heyətinin sayında artım aprel ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin aprel ayında işçi sayı1.3% (233 nəfər) artaraq 17,982 nəfər təşkil edib.

30 aprel 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb (https://www.fimsa.az/az/statistika).

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment