1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Ümumdünya Turizm Təşkilatının aparıcı komitəsinə üzv qəbul edilib
30.05.2019

Mayın 28-də Azərbaycan Ümumdünya Turizm Təşkilatının (UNWTO) 2019-2021-ci illər üzrə Assosiativ Üzvlük Müraciətlərinə Baxılması üzrə Komitəsinin üzvü seçilib.

Azərbaycanın 2019-2021-ci illər üzrə qeyd olunan komitəyə üzv olması barədə yekdilliklə qərarın qəbul olunması mayın 27-də Xorvatiyanın Zaqreb şəhərində işinə başlayan Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının 64-cü sessiyası çərçivəsində baş tutub.

Tədbirdə Azərbaycanın İspaniyadakı səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyətində Dövlət Turizm Agentliyini Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Cəmilə Talıbzadə təmsil edib.

40-dan çox ölkənin nümayəndələrinin iştirak etdiyi sessiya gündəliyə uyğun olaraq işini mayın 30-dək davam etdirəcək.

Məlumat üçün bildirək ki, ÜDTT-nin əsas 6 komitəsindən biri olan Assosiativ Üzvlük Müraciətlərinə Baxılması üzrə Komitəsinə üzvlük seçimi hər iki ildən bir keçirilir.

Xatırladaq ki, iyunun 16-18 tarixlərində Bakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası keçiriləcək.

Qeyd: Foto Ümumdünya Turizm Təşkilatının rəsmi Tvitter səhifəsindən götürülüb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment