1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank of Baku “ASAN Finans” layihəsinə tam inteqrasiya olundu!
29.05.2019

Bakı, FinanceTime. Təqdim etdiyi məhsul və göstərdiyi xidmətləri ilə müştəri məmnuniyyətini illərdir qoruyub saxlayan Bank of Baku, məhz onların rahatlığını düşünərək Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış “ASAN Finans” layihəsinə tam inteqrasiyanı həyata keçirtdi.

Maliyyə təşkilatlarının dövlət informasiya ehtiyatlarına çıxışının təmin edilməsi məqsədi ilə yaradılmış  “ASAN Finans” layihəsi vasitəsilə Bank of Baku, aşağıdakı müştəri məlumatlarını indi daha operativ və çevik şəkildə əldə edəcək:

 

* Biometrik şəxsiyyət vəsiqəsi məlumatlarını;

* Biometrik olmayan şəxsiyyət vəsiqəsi məlumatlarını;

* Mövcud və keçmiş iş yerləri haqqında məlumatları.

 

Bununla da müştərilər bankda lazımi sənədlər üçün əlavə vaxt sərf etmədən fasiləsiz və məsafəsiz xidmət üstünlüyündən istifadə edərək, nağd pul krediti əldə etmə, debet və ya kredit kartlarının rəsmiləşdirilməsi kimi bir çox bank xidmətlərindən rahatlıqla faydalanacaqlar. Nəticə etibarı ilə sənədləşməyə sərf olunan vaxta qənaət olunduğu üçün Bank of Baku tərəfindən kredit rəsmiləşdirilməsi 15 dəqiqəyə qədər azaldılmışdır.

Müştərilər bank tərəfindən məlumatların əldə edilməsi üçün razılıq ərizəsi təqdim etməlidir. Ancaq bundan sonra bank müştərilərin məlumatlarını əldə edə bilər.

Bank of Baku-nun bu və ya digər yenilik və xidmətləri haqqında məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək, rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku və ya Bank of Baku-nun rəsmi veb səhifəsinə - www.bankofbaku.com daxil olaraq cavab tapa bilərsiniz.

 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment