1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bank Qazprombank ilə Əməkdaşlıq sazişi imzaladı
29.05.2019

Bakı, FinanceTime. Cari ilin 29 may tarixində Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın Qazprombank ilə Əməkdaşlıq sazişinin imzalanması mərasimi baş tutmuşdur. Əməkdaşlıq sazişi PAŞA Bankın İdarə heyətinin üzvü və Baş əməliyyat inzibatçısı Cəlal Orucov və Qazprombankın İdarə heyətinin sədr müavini Aleksey Belous tərəfindən imzalanmışdır.

Qeyd edilən Əməkdaşlıq sazişi çərçivəsində tərəflər potensial əməkdaşlığın əsas istiqamətlərini, fərdi olaraq hər iki tərəf üçün prioritet olan kənd təsərrüfatı, nəqliyyat, logistika, rabitə və telekommunikasiya və s. sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsini müəyyən etmişdirlər. Hər iki Bank uzun-müddətli perspektivdə kapital bazarlarında, eləcə də qiymətli kağızlar ilə əməliyyatların aparılması və istiqraz ilə bağlı əməliyyatların təşkili sahəsində də tərəfdaşlıq etməyi nəzərdən keçirirlər. Əməkdaşlıq sazişi həmçinin ticarətin maliyyələşdirilməsi, sindikasiya kreditlərində iştirak və müştərək layihələr çərçivəsində zəmanətlərin təmin edilməsi fəaliyyətlərində də tərəflərin maraqlarını təsbit edir.

İmzalama mərasimində C. Orucovun qeyd etdiyi kimi, PAŞA Bank iqtisadiyyatın qeyri-neft sektorunun, o cümlədən ticarət və xidmətlər, kənd təsərrüfatı, tikinti, nəqliyyat və logistika kimi əsas sahələrin inkişafına böyük diqqət yetirir.

«PAŞA Bank və Qazprombank arasında bu sənədin imzalanmasının əsas məqsədi iki maliyyə təşkilatı arasında məhsuldar əməkdaşlığı inkişaf etdirmək və təcrübə və ən səmərəli yanaşmaların mübadiləsini həyata keçirməkdir. Əminəm ki, müxtəlif növ investisiya layihələrinin həyata keçirilməsi sahəsində tərəfdaşlığımız bazarın inkişafına müsbət təsir göstərəcək və ümumilikdə ölkə iqtisadiyyatının daha da şaxələndirilməsinə öz töhfəsini verəcək» - deyə C. Orucov öz fikrini tamamladı.

Qazprombankın İdarə heyətinin sədr müavini Aleksey Belous isə qeyd etmişdir ki: «Qazprombank Azərbaycan şirkətləri ilə uzun-müddətli qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir və sosial-iqtisadiyyat sahəsində bu əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. PAŞA Bank ilə əməldaşlıq sazişinin imzalanması qarşımızda ölkə infrastrukturunun kompleks şəkildə inkişafı üçün miqyaslı investisiya layihələrinin həyata keçirilməsi sahəsində yeni perspektivləri açacaq».

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment