1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışı başa çatıb
29.05.2019

Bakı, FinanceTime.  “AtaBank” ASC-nin dəstəyi ilə ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışı başa çatıb. “GNI”,“VTB”Bank Azərbaycan, “AtaHolding”, “AFAM” və “Synergy” Şirkətlər Qrupunun təşkil olunan turnirdə çempion adı yenə dəyişməz qalıb.

Ənənəvi turnirin 8-ci ilində "No Name" zirvəni əldən verməyib. 32 gün davam edən yarışın ən titullu komandası bununla da 5-ci dəfə çempion tituluna yiyələnib. Onlar həlledici qarşılaşmada VTB-dən güclü olublar. Üçüncü yerin sahibinin adı isə dəyişib. "Cybernet"ə qalib gələn AFAM Group tarixinin ilk mükafatına - bürünc medala yiyələnib.

Belə ki, meydan əvvəlcə AFAM Group və "Cybernet"in ixtiyarına verilib. Tennis Akademiyasında baş tutan və AFFA-nın hakimlər briqadasının idarə etdiyi görüş həm maraqlı, həm də məhsuldar alınıb. "Cybernet"in əzmkarlıq göstərməsinə baxmayaraq, AFAM Group 7:5 hesabı ilə qalib gəlib.

"No Name" - “VTB”Bank Azərbaycan finalında isə gözlənilməz nəticə qeydə alınmayıb. "Adsız komanda" 4:0 hesablı qələbə qazanıb. Bu, həm də 3 il əvvəlki finalın qisası olub.

Beləliklə, uzun sürən marafon yenə də "No Name"in qələbəsi ilə başa çatıb. VTB-nin ikinci olduğu turnirdə "üçlüy"ü AFAM Groupqapayıb.

 

Final

“No Name” – “VTB” Bank Azərbaycan – 4:0

Qollar: Şamo İsgəndərov 5 (pen), Ramiz Boqdanov, 29, 45, Etibar Babaşlı, 50

 

Üçüncü yer uğrunda matç

AFAM Group - "Cybernet" - 7:5

Qollar: Fərid Şabanov, 2, 16, 30, Mirşamil Qasımlı, 3, 32, 41, Cəbrayıl Quliyev, 11 - Fərid Abasov, 9, İsmayıl Hüseynli, 17, 43, Şöhrət Mayılov, 31, 33

Oyunların ardınca yarışın bağlanış mərasimi təşkil olunub. Turnirin təşkilatçısı “AtaBank” ASC-nin İdarə Heyəti sədrinin müavini Rauf Hüseynov çempionatın həmişəki kimi maraqlı və gərgin keçdiyini bildirib. “No Name” klubunun mükafatçıları təbrik etdikdən sonra yeni ildə də yarışın təşkil olunacağını qeyd edib. O vurğulayıb ki, 8 ildir keçirilən turnir ildən-ilə daha gərgin xarakter alır və bütün komandalar bir-birinə ciddi rəqib kimi baxırlar. Klub rəhbərləri də yarışın təşkilatçılığından, həmçinin gedişindən razılıq edərək minnətdarıq ediblər.

Ardınca mükafatlandırma mərasimi keçirilib. Çempiona xüsusi hazırlanmış kubokla yanaşı, 5000, 2-ci yeri tutan komandaya 4000, 3-cü pillənin sahibinə isə 3000 manat pul mükafatı verilib. Hər 3 kluba xatirə hədiyyəsi də təqdim edilib.

Mərasimində yarışın ən yaxşılarının da adları açıqlanıb. Turnirin ən yaxşı oyunçusu "No Name"in üzvü Hüseyn Xəlilov seçilib. Yarışın bombardiri adına Fərid Şabanov (AFAM Group, 12 qol) sahib olub. “No Name”in çempion olmasında xüsusi rolu olan Cahangir Qənizadə ötən il olduğu kimi, yenə qapıçılar arasında bütün rəqiblərini qabaqlayıb. Onlar hərəyə ən yaxşılar üçün nəzərdə tutulan 500 manatla mükafatlandırılıblar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment