1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi üzrə mühüm yeniliklər təqdim edilib
29.05.2019

Bakı, FinanceTime. Cari ilin 27 may tarixində “Baku Boulvard Hotel”də “Azərbaycan kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və “Raiffeisen Bank International” (RBI) arasında kapital bazarlarının, depozitar və klirinq-hesablaşma əməliyyatlarının təkmilləşdirilməsi üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Anlaşma memorandumunu Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən cənab İbrahim Alışov və RBI-nin Qiymətli kağızlar xidmətləri qrupunun rəhbəri cənab Attila Szalay - Berzeviczy imzalayıblar.

RBİ Mərkəzi və Şərqi Avropada qiymətli kağızlar üzrə ticarətsonrası sistemi və kastodian xidmətləri yüksək səviyyədə təklif edən banklardan biridir. Palata tərəfindən xarici investorların yerli bazara cəlb edilməsi məqsədilə Milli Depozit Mərkəzi ilə Avropanın qabaqcıl beynəlxalq banklarından biri olan (RBI) arasında nominal saxlayıcı hesablarının açılması nəzərdə tutulur. Palatanınİdarə Heyətininsədri vəzifəsini icra edən İ.Alışov çıxışındaRBI ilə əməkdaşlığın aparılması və qarşılıqlı depozitar əlaqələrin qurulması nəticəsində bankın xidmət göstərdiyi iri institusional investorlar, investisiya fondları, iri broker-diler şirkətlərinin ölkəyə gəlmədən və depo hesab açmadan nominal saxlayıcı hesabları vasitəsilə Azərbaycan qiymətli kağızlarına investisiya etməsinin mümkün olacağını qeyd edib.O bildirib ki, xarici investorlarRBI vasitəsilə MDM-də açılacaq nominal saxlayıcı hesablardan istifadə etməklə və təkmil klirinq-hesablaşma sistemləri vasitəsilə əməliyyatlarını məsafədən həyata keçirə biləcəklər. Bu isə öz növbəsində xarici investisiyaların ölkəyə cəlb edilməsinə,iqtisadiyyatın neftdən asılılığının azalmasına, həmçinin ölkənin tədiyyə balansında müsbət saldonun artımına təkan verəcəkdir.Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru cənab Vüsal Qasımlı təqdim edilən yeniliklərin qiymətli kağızlar bazarının inkişafına təkan verəcəyini vurğulayıb.

Eyni zamanda,tədbirdəPalata tərəfindən “Qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə hesablaşma agenti modeli”nin təqdimatı həyata keçirilib və modelin tətbiq edilməsi üzrə“Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair Kollektiv Saziş” imzalanıb.Yeni model qiymətli kağızlar bazarında hesablaşmaların kommersiya bankları tərəfindən həyata keçirilməsi, hesablaşma rejimlərinin optimallaşdırılması və ümumilikdə, hesablaşma prosesinin iştirakçıları arasında münasibətlər sisteminin tamamilə müasir və mütərəqqi prinsiplər əsasında yenidən formalaşdırılmasını nəzərdə tutur. İ.Alışov qeyd edib ki, qiymətli kağızlar bazarında aparılan əməliyyatlar üzrə pul hesablaşmalarının kommersiya bankları tərəfindən həyata keçirilməsi bazarda bir sıra fundamental yeniliklərə səbəb olacaq.Bu yeniliklər nəticəsində hesablaşmaların daha səmərəli və operativ aparılması mümkün olacaq ki, bu da həm emitentlərin, həm də investorların xərclərini azaltmaqla yanaşı, onlara likvidliyi çevik idarəetmə imkanı yaradacaq. Eyni zamanda qeyd edilmişdir ki, yeni modelin tətbiqi nəticəsində investisiya şirkətləri ilə kommersiya bankları arasında faydalı, şəffaf və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mühitinin formalaşmasına zəmin yaranır və hesablaşma risklərinin qarşısının alınması üzrə qanunvericiliklə müəyyən edilmiş bütün mexanizmlərin real tətbiqi imkanları artır. Yeni modelə əsasən hesablaşma zamanı aktivlərin əvvəlcədən deponentləşdirilməsinə zərurət qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq qiymətli kağızların təkrar bazarında tamamilə aradan qalxacaq, bu da öz növbəsində bazarda likvidliyin daha səmərəli tənzimlənməsini təmin edəcək.

Modeldə nəzərdə tutulan digər bir yenilik hesablaşma rejimlərinin optimallaşdırılmasıdır. Belə ki, yeni modelə əsasən səhmlər və dövlət istiqrazları ilə yanaşı, korporativ istiqrazların da təkrar bazar əqdləri üzrə hesablaşmaların “T+0” rejimindən “T+1” rejiminə keçirilməsi müəyyən edilmişdir. Bu isə öz növbəsində həm bu bazar seqmetinin canlanmasına, həm də hesablaşmaların səmərəliyinin artırılmasına təkan verəcək. Bununla yanaşı, Azərbaycan qiymətli kağızlar bazarında “T+1” rejimin tətbiq dairəsinin genişləndirilməsi bazarın xarici investor üçün cəlbediciliyini artıracaqdır.

Bundan əlavə, qiymətli kağızlar bazarında elektronlaşma səviyyəsinin artırılması üzrə daha bir yenilik tədbir iştirakçılarına təqdim edilib və qiymətli kağızlar bazarında investorlar üçün MDM-də olan depo hesabların elektron izləmə imkanı yaradılıb. İnvestorlar Milli Depozit Mərkəzinin internet səhifəsində yaradılmış portal vasitəsilə mülkiyyətlərində olan qiymətli kağızlar barədə məlumat əldə edə biləcək, həmçinin depo hesabları üzərindən həyata keçirilmiş əməliyyatları elektron qaydada izləmə imkanı əldə edəcəkdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment