1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“GəncLİK” proqramına start verilir
27.05.2019

Bakı, FinanceTime.  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə həyata keçirdiyi “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) proqramı üçün ərizə qəbuluna start verilir.

Son illər ərzində ölkəmizdə gənclər siyasəti sahəsində istər qanunvericilik, istərsə də təcrübi sahədə mütərəqqi addımlar atılır, gənclərin özünü reallaşdırması və potensialının üzə çıxarılması üçün lazımi şərait yaradılır.

Gənclərin ictimai həyatda rolunun artırılması baxımından onların qərar qəbul etmə, natiqlik, məsuliyyəti öz üzərinə götürmə və s. kimi liderlik bacarıqlarının müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi aktual məsələlərdir.

“GəncLİK” proqramının məqsədi gənclərin liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi, onların potensialının hərtərəfli təkmilləşdirilməsidir. Cari ilin sentyabr-dekabr aylarını əhatə edəcək proqram çərçivəsində 30 gənc lider yerli və xarici mütəxəssislərin təlimlərində iştirak edəcək, onların regionlara səfərləri və dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri təşkil olunacaq.

Növbəti mərhələdə isə iştirakçılar dövlət qurumlarında, tanınmış şirkətlər və beynəlxalq təşkilatlarda ödənişli təcrübə keçəcəklər. Məzun liderlərə fərdi ideyalarını reallaşdırmaq üçün xüsusi dəstək veriləcək, onların karyera inkişafı təşviq olunacaq.

Proqramda iştirak etmək istəyən 27 yaşınadək bakalavr dərəcəsi olan gənclər www.genclider.az  internet səhifəsi vasitəsi ilə 24 iyun tarixinədək müraciət edə bilərlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment