1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank MDB-nin “Ən İnnovativ Bankları” siyahısındadır
24.05.2019

Unibank Beynəlxalq konfransda MDB məkanının Ən İnnovativ Banklarından biri seçilib. Bu məlumat Gürcüstan paytaxtında keçirilən “Beşinci KOS Bank Klubunun Konfransı- 2019”da elan edilib və Unibank nümayəndəsinə bununla bağlı sertifikat təqdim edilib. MDB-nin aparıcı banklarının iştirak etdiyi beynəlxalq konfransda “Unibank”ın Azərbaycan bank bazarı üçün bir ilk olan korporativ müştərilərə onlayn kredit xidməti böyük diqqət çəkib. “Unibank” KB ASC-nin Korporativ biznes üzrə Baş inzibatçısının müavini Samir Mustafayev, konfransda onlayn biznes krediti ilə bağlı geniş təqdimatla çıxış edib. Təqdimat MDB-nin nüfuzlu banklarının rəhbər şəxslərinin qatıldığı konfrans iştirakçıları tərəfindən maraqlı müzakirələrə səbəb olub. Samir Mustafayev bildirib ki, bu xidmət müştəriyə özünə aid olan məbləği İnternet Banking-də ayrıca bir sütunda görmək və istənilən vaxt o məbləğdən istifadə etmək imkanı verir. Bunu etmək üçün o, sadəcə müraciət göndərir, Asan İmza vasitəsilə müqavilələri imzalayır və bank kreditin verilməsini təsdiq etdikdən sonra, müştəri cari hesabına pulu qəbul edir. Bütün proses orta hesabla 15-20 dəqiqə çəkir. Unibank bu il onlayn kreditləşmənin daha da inkişafına xüsusi diqqət yetirəcək. Tezliklə müştərilər İB vasitəsilə həm də böyük məbləğdə kredit xətlərindən istifadə edə biləcəklər.

Qeyd edək ki, KOS Bank Klubunun Konfransı kiçik və orta biznes ekspertlərini, bu seqmentin dünyada aktual trend və innovasiyaların müzakirəsi üçün bir yerə yığıb. İki günlük tədbir ərzində onlayn kreditləşmə praktikası, POS-terminallardan onlayn kassalara, influenserlərin kampaniyaların effektivliyinə təsiri, kiçik bizneslər üçün veb portallar, effektiv korporativ bloqlar, kiçik biznesə qeyri-maddi dəstək üçün ən yaxşı proqramlar və digər mövzular müzakirə olunub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment