1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


XIX Respublika Gənclər Debat Forumu: Yaz 2019 yekunlaşıb
24.05.2019

Bakı, FinanceTime. Milli Debat Proqramı çərçivəsində keçirilən XIX Respublika Gənclər Debat Forumu: Yaz 2019-un Azərbaycan Dillər Universitetində keçirilən Final, Bağlanış və Mükafatlandırma mərasimi keçirilib. Mərasim Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan olunub. Daha sonra isə Bakı Gənclər Debat Forumu: Yaz 2019-un final oyunu baş tutub.

Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru prof. Kamal Abdulla qonaqları salamlayaraq, qısaca ilk debatların tarixindən söhbət açaraq debat təlimləri, turnirləri və bu tip forumların gənclər üçün yararlılığından bəhs edib. Daha sonra isə final mərhələsində iştirak edək komandalara uğurlar arzulayaraq digər debatçıları uğurlu fəaliyyətləri ilə bağlı təbrik edib.

Daha sonra çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxışında XIX dəfə keçirilən debat forumunun final mərhələsi ilə bütün debatçıları təbrik edərək, davamlı olaraq keçirilən Respublika Gənclər Debat Forumlarında müzakirə edilən mövzuların aktuallağına üstünlük verilməsinin müsbət cəhətlərini qeyd edib.

Tədbirin rəsmi hissəsinin davamında çıxış edən Milli Debat Proqramının rəhbəri Qulamhüseyn Məmmədov öz çıxışıda Milli Debat Proqramının 20 illik fəaliyyətindən danışaraq, qısaca uğurla yekunlaşdırılmış mövsüm haqqında məlumat verdikdən sonra bütün debatçıları uğurla yekunlaşmış forumla bağlı təbrik edərək növbəti mövsümdə uğurlar arzulayıb.

3 ay davam etmiş XIX Respublika Gənclər Debat Forumu: Yaz 2019 çərçivəsində “Beynalxalq tədbirlərin keçirilməsinin ölkənin inkişafında rolu” mövzusu ətrafında ümumilikdə 63 debat təlimi, 11 ekspert görüşü, 32 daxili debat turniri və 5 regional debat forumu (Sumqayıt, Gəncə, Şəki, Mingəçevir, Lənkəran) keçirilib. Bundan əlavə layihə çərçivəsində 33 komandanın iştirakı ilə Bakı Gənclər Debat Forumu: Yaz 2019 baş tutub. Keçirilən mərasim Bakı Gənclər Debat Forumu: Yaz 2019-un Azərbaycan bölməsi üzrə final oyununda Azərbaycan Dillər Universitetinin “Debabat” və “Dereprobates” komandaları yarışıb. Nəticədə isə “Debabat” komandası forumun qalibi adına layiq görülüb. Həmçinin forumun Rus bölməsi üzrə qalibi Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank of UNEC” komandası olub. Həmçinin forumda hər iki bölmə üzrə ən yaxşı natiqlər də təltif edilib. Onlar Azərbaycan bölməsi üzrə Onlar, Lamiyə Əhmədzadə, Elşad Haşımov, Sevinc Əliyeva, Aytən Cəbrayılova (ADU), Sübhan Tağıyev, Fatimə Tağıyeva, Ağarəhim Şavruqzadə (AzTU), Gülnaz Hüseynova (ATU), Fəxri Nağıyev (ADİU), Ülkər Fətəliyeva (ATMU), Rus bölməsi üzrə isə Nəsibə Məmmədzadə, Valeh Musayev (BMU), Əli Abdullayev, Nəzrin İsgəndərova, Səidə Bayramovadır (UNEC). Forumun ən yaxşı hakimləri isə Talifa İsgəndərli və Tural Hüseynzadə olub.

Yekunda qalib və finalçılar mükafatlandırılıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment