1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank-ın əsas səhmdarı bankın və ölkə iqtisadiyyatının inkişafına inanır
23.05.2019

Bakı, FinanceTime. AccessBank-ın rəhbərliyi və Asiya İnkişaf Bankının (AİB) maliyyə və risk menecmenti üzrə vitse-prezidenti İngrid van Veesin (Ingrid van Wees) rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə AccessBank-ın inkişaf strategiyası və bank sektorunda baş verən proseslər müzakirə olunub.

AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, AİB kimi nüfuzlu beynəlxalq maliyyə institutunun bankın səhmdarları sırasına daxil olması olduqca mühüm amildir: "AİBilə AccessBank-ın əməkdaşlığının uzun tarixi mövcuddur və biz bu tərəfdaşlığa xüsusi önəm veririk. Son proseslər fonunda AİBAccessBank-ın etibarlı tərəfdaşı olduğunu bir daha isbat etdi. Əminəm ki, AİB-in AccessBank-ın səhmdarına çevrilməsi bankın inkişafına çox güclü təkan verəcək".


Sədr xatırladıb ki, kapitallaşma prosesindən əvvəl investorlarla danışıqlar prosesində AccessBank-ın 5 illik strateji planıhazırlanıb: "Plana əsasən, biz kredit portfelimizi aktiv şəkildə artırmağı, o cümlədən yüksək gəlirlilik səviyyəsinə qayıtmağı planlaşdırırıq. Bankın əsas missiyaları sırasına mikro, kiçik və orta sahibkarlığın partnyoru olaraq qalmaq, o cümlədən əhaliyə göstərilən maliyyə xidmətərinin inkişafında aktiv iştirak etmək də daxildir".


Öz növbəsində İngrid van Vees qeyd edib ki, AİB ölkə iqtisadiyyatının müsbət inkişaf dinamikasına və AccessBank-ın biznes planına inanır: "Martayında uğurla başa çatdırılan kapitallaşma prosesi bankı zəruri resurslarla təmin edib və bunun hesabına AccessBank müştərilərinin artan maliyyə ehtiyaclarını qarşılaya biləcək".











Xatırladaq ki, hazırda AccessBank-ın səhmdar kapitalının 19.90%-i Asiya İnkişaf Bankına məxsusdur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment