1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


"Access Business Talks" layihəsinə yekun vurulub
21.05.2019

AccessBank-ın UNEC ilə birgə reallaşdırdığı "Access Business Talks" layihəsinin bağlanış mərasimi keçirilib.

Bakı, FinanceTime.  Bankda baş tutan tədbirdə çıxış edən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, "Access Business Talks" layihəsini AccessBank ilə UNEC arasında uğurlu əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirib: "Əminliklə deyə bilərəm ki, bu layihə yalnız universitet və bankda deyil, müxtəlif dairələrdə özündən söz etdirə bilib. Müxtəlif beynəlxalq maliyyə institutlarının yerli ofisinin və iri audit şirkətlərinin təmsilçiləri bu layihədə iştirak etmək istədiklərini dilə gətirib və bu məni çox sevindirib". AccessBank-ın Korporativ bankçılıq və Marketinq üzrə icraçı direktoru Günay Cəlilova isə bildirib ki, "Access Business Talks" layihəsi "UNEC Business Conversation Club" qədər uğurlu oldu: "Bu layihənin həyata keçirilməsində əsas məqsəd həm tələbələrə, həm UNEC-ə, həm də banka faydalı olmaq idi. Düşünürəm ki, biz məqsədimizə çatdıq. Layihə iştirakçısı olan tələbələr həm dil, həm də praktiki biliklərini möhkəmləndirdilər. Sözsüz ki, onlar bu biliklərini gələcək iş yerlərində tətbiq edəcəklər. Bir sözlə, "Access Business Talks" özünü doğrultmuş bir layihə kimi yaddaşlarda qalacaq".

UNEC-in "Maliyyə və mühasibatlıq" fakültəsinin dekanı Gəray Musayev qeyd edib ki, layihə olduqca effektiv olub. O, layihənin reallaşdırılmasında əziyyəti keçən hər kəsə təşəkkürümü bildirib: "AccessBank korporativ sosial məsuliyyət üzrə götürdüyü öhdəliklərinə sadiq bir bankdır. Sevindiricidir ki, "Access Business Talks" kimi brendə çevrilmiş bir layihə bunun tərkib hissəsi oldu".

UNEC-in Daxili audit şöbəsinin müdiri Hikmət Babayev isə "Access Business Talks" layihəsini praktika ilə nəzəriyyənin sintezi adlandırdı.

Tədbir çərçivəsində tələbələr layihə barədə təəssüratlarını bölüşüb, ardınca onlara sertifikatlar verilib.

Bununla yanaşı, UNEC "Maliyyə və mühasibat" fakültəsi Anar Həsənovu, Günay Cəlilovanı və "Access Business Talks" layihəsinin müəllifi, "İngilis dili" kafedrasının dosenti Xavər Hacıyevanı "Təşəkkürnamə" ilə təltif etdi.

Qeyd edək ki, "Access Business Talks" layihəsi 10 həftə ərzində davam edib. Tələbələr üçün layihə davam etdiyi müddətdə maraqlı görüşlərlə yanaşı, bankda təşkil olunan ekskursiyada hər bir struktur bölmənin iş prosesi ilə yaxından tanış olmaq imkanı yaradıldı.











     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment