1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Xalq Bank və Ulduzumla Dubaya səyahət qazan!” lotereyasının ikinci tirajı keçirildi
21.05.2019

Bakı, FinanceTime. May ayının 20-də “Xalq Bank və Ulduzumla Dubaya səyahət qazan!” lotereyasının ikinci tirajı keçirildi. Bu tiraj üzrə təsadüfi seçim vasitəsilə 22 qalib müəyyən olundu. Uduş fondu “Qəbələ Karvansaray Oteli”nə 2 gün, 1 gecəlik 2 nəfərlik qonaqlama kuponundan, SAMSUNG J105 DS smartfonundan, power bankından, CERRUTI kompüter çantasından, selfi çubuğundan, Sabina Parfumery&Cosmetics Mağazalar Şəbəkəsindən 50 AZN-lik hədiyyə kuponundan, “Nisa Beauty” gözəllik mərkəzindən 50 AZN-lik hədiyyə kuponundan, Azpetrol yanacaqdoldurma mərkəzindən 2 ədəd 30 litrlik elektron yanacaq talonundan, “Domino’s Pizza” restoranlar şəbəkəsindən 2 ədəd 30 AZN-lik hədiyyə kuponundan, “Burger King” restoranlar şəbəkəsindən 20 AZN-lik hədiyyə kuponundan və Cinema Plus kinoteatrına 10 ədəd 2 nəfərlik biletdən ibarət idi.

Xatırladaq ki, 15 mart tarixdən başlayan “Xalq Bank və Ulduzumla Dubaya səyahət qazan!” lotereyası Xalq Bankın bütün kart (öncədən ödənilmiş və korporativ kartlar xaric) sahiblərini əhatə edir və qeyri-nağd əməliyyatların artımını stimullaşdırmağa yönəlik aksiyadır. 15 mart tarixdən 15 iyunadək onlayn və POS-terminallar vasitəsilə keçirilmiş ödənişlərə görə (pul köçürmələri, elektron cüzdanlara mədaxil və kredit ödənişi üzrə əməliyyatlar istisna olmaqla) kart sahiblərinin mobil balansına Bakcell bonus dəqiqələri yüklənir. Dəqiqələr həyata keçirilmiş ödənişlər əsasında təqdim edilir – ödənişin hər 5 manatı müqabilində 1 dəqiqə hesablanır. Hər dəqiqə bir uduş şansına bərabərdir. Lotereyada çoxsaylı hədiyyələr və super mükafat - Dubaya səyahət kuponu oynanılır.

Aksiyanın şərtlərinə görə hər iştirakçı lotereyada cəmi bir dəfə mükafat qazana bilər. Əsas mükafat - Dubay şəhərinə səyahət paketinin (Bakı-Dubay-Bakı aviabileti, transfer, 4 gün 3 gecə hotel) sahibi əlavə keçiriləcək uduşda müəyyən ediləcək. Əsas mükafatın oynanıldığı uduşda üç ay ərzində aksiyaya qatılan bütün kart sahibləri iştirak edəcək.

Lotereyada iştirak üçün Xalq Bank ödəniş kartının sahibi, abonenti olduğu Bakcell nömrəsindən 5555 qısa nömrəsinə kartının son 6 rəqəmi və doğum tarixini  (rrrrrr gg.aa.iiii) əks etdirən rəqəmi göndərməlidir. Lotereyada 18 yaşına çatmış şəxslər iştirak edə bilərlər.

Xalq Bankın ödəniş kartları, keçirdiyi kampaniya və aksiyalar haqqında daha ətraflı məlumatı 138 Məlumat Mərkəzindən və ya www.xalqbank.az saytından və ya www.bakcell əldə edə bilərsiniz.

Qeyd edək ki, Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti “Ulduzum” loyallıq proqramı vasitəsilə öz abunəçilərini eksklüziv endirimlər və imtiyazlarla təmin etməyə davam edir. Hər bir Bakcell müştərisi “Ulduzum”a qoşula bilər. Bunun üçün heç bir abunə haqqı tələb edilmir. Loyallıq proqramında iştirak etmək üçün “1” rəqəmini 5555 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir. Ulduzum barədə daha ətraflı məlumat www.ulduzum.az  səhifəsində əldə oluna bilər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment