1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank bu həftə kompensasiya ödənişlərini başa çatdıracaq
20.05.2019

Bakı, FinanceTime.  “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Prezident fərmanının daha operativ icrası məqsədi ilə prosesin başladığı ilk gündən Unibankın bütün filial əməkdaşları kompensasiya ödənişini həyata keçirməyə yönləndirilib. Kompensasiya ödənişlərinin bütün filial əməkdaşları tərəfindən həyata keçirilməsi bu gün də davam etdirilir.

Həm vətəndaşlarımızın sosial rifahının gücləndirilməsi, həm də bank sektorunun inkişafı baxımından son dərəcə böyük əhəmiyyət daşıyan fərmanın vaxtında və yüksək səviyyədə icrası Unibank üçün əsas prioritet məsələdir.

Fərmanın icrasına başlanıldığından bu günədək Unibank tərəfindən 87 mindən artıq müştəriyə 55 milyon manat kompensasiya ödənilib. Bütün filialların gücləndirilmiş iş rejimində fəaliyyət göstərməsi, bu həftə kompensasiya ödənişlərini daha da sürətləndirəcək. Bankın bütün müştəri xidməti heyəti bu həftəni kompensasiya ödənişini həyata keçirməyə istiqamətləndirildiyindən,fiziki şəxslərin kredit müraciətlərinin qəbulu müvəqqəti olaraq bir həftəlik dayandırılır.Bu həm birbaşa filiallarakredit müraciətlərinə, həm də onlayn kredit sifarişlərinə aiddir. Müştərilərə digər bank məhsul və xidmətlərinin göstərilməsi və eyni zamanda hüquqi şəxslərin kreditləşməsi isə davam etdirilir.

İndiyədək Unibank müştərilərinin böyük əksəriyyəti kompensasiya ödənişlərini əldə edib. Bu həftə ərzində prosesin tam olaraq başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, ödəniləcək kompensasiyanın həcmi və fərmanın əhatə etdiyi müştəri sayı baxımından Unibank ilk yerdədir.

Cənab Prezidentin fərmanının icrası ilə əlaqədar olaraq, Unibank filialları gücləndirilmiş iş rejimində çalışır. Həftənin şənbə, bazar günləri də bankın filialları da müştərilərə kompensasiya ödənişini həyata keçirir.

Kompensasiya hesablanmış bütün Unibank müştərilərinə bu haqda SMS-lər göndərilib. Unibank olaraq bütün filiallaırmızda kompensasiya almalı olan müştərilərin müraciətlərini gözləyirik.

Kompensasiya hesablanmış şəxslər siyahısında olan hər bir Unibank müştərisi bu həftə ərzində istədiyi Unibank filiala yaxınlaşıb, kompensasiya məbləğini rahat şəkildə əldə edə bilər.

Unibank- hər kəsin bankı!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment