1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Hotel Assosiasiyası Avropanın aparıcı turizm təşkilatına müşahidəçi üzv qəbul edildi
17.05.2019

Bakı, FinanceTime. Mayın 16-da Finlandiyanın Helsinki şəhərində Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) Baş Assambleyasının 78-ci toplantısında Azərbaycan Hotel Assosiasiyası təşkilata müşahidəçi üzv kimi qəbul edilib.  

Tədbirdə çıxış edən Azərbaycan Hotel Assosiasiyasının prezidenti Martin Kleinman Avropada qonaqpərvərlik və turizm sektoru maraqlarını təmsil edən təşkilata üzvlüyün təcrübə mübadiləsi, həmçinin Azərbaycan və Avropada qonaqpərvərlik sənayesinin çatışmazlıqlar və gələcək inkişaf perspektivlərinin müzakirəsi üçün unikal forum olduğunu qeyd edib.  

Baş Assambleyada “HOTREC”-ə üzv olan digər ölkələrə Azərbaycanın yeni turizm brendi “Bir daha bax” (“Take another look”) şüarı əsasında hazırlanan tanıtım videoçarxı təqdim edilib.  

Xatırladaq ki, ötən ilin avqustunda “HOTREC – Hospitality Europe” təşkilatının vitse-prezidenti Akos Niklai Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşərək, Azərbaycan Hotel Assosiasiyasının yaradılması və onun beynəlxalq təşkilata müşahidəçi statuslu üzv olması məsələsini müzakirə edib.  

Qeyd edək ki, “HOTREC – Hospitality Europe” Avropanın 31 ölkəsindən 43 turizm üzrə ixtisaslaşmış assosiasiya, hotel, restoran və bu istiqamətdə ixtisaslaşmış şirkəti birləşdirərək, turizm sənayesinin inkişafı, innovasiyaların və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, eyni zamanda yeni “yaşıl” texnologiyalar vasitəsilə ətraf mühitin qorunması, qastronomik turizmdə resursların daha effektiv istifadəsi, eləcə də sağlam və təhlükəsiz qida prinsipi əsasında dayanıqlılığın təmini, turizm sənayesi iştirakçıları arasında rəqabətliliyin artırılması kimi istiqamətlər üzrə fəaliyyət göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment