1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası yaradıldı
17.05.2019

Bakı, FinanceTime. Bugün Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatasının (TTSP) Əsasnaməsinin imzalanma mərasimi keçirildi. Tədbirdə Azərbaycanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi səfir Bağdat Amreyevin dəvətinə uyğun olaraq Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti cənab Məmməd Musayev təmsil edir.

İmzalanma mərasimində ASK-nın nümayəndə heyəti ilə yanaşı, Qazaxıstanın baş naziri Askar Mamin, Milli İqtisadiyyat naziri Ruslan Dalenov, “Atameken” Qazaxıstan Milli Sahibkarlar Konfederasiyasının İdarə heyətinin sədri Ablay Myrzahmedov, Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) prezidenti Rifat Hısarcıklıoğlu, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və digər rəsmi qonaqlar da iştirak edib.

Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Qazaxıstan Respublikası Sahibkarlar Milli Palatası (QRSMP), Qırğız Respublikası Ticarət və Sənaye Palatası (QRTSP), Türkiyə Palatalar və Birjalar Birliyi(TƏMPB), Türkmənistan Respublikası Ticarət və Sənaye Palatası (TSP Türkmənistan), Özbəkistan Ticarət və Sənaye Palatası təmsil olunurlar.

Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının məqsədi Türkdilli dövlətlərin biznes sektorundakı əməkdaşlığı inkişaf etdirmək və bununla iqtisadi inteqrasiyaya, iqtisadi və ictimai inkişafa nail olmaqdır.

Beləliklə, Türkdilli dövlətlərin əməkdaşlıq Şurasının üzv dövlətlərinin bəyannaməsi əsasında Almatada, Bişkekdə, Qəbələdə, Bodrumda, Astanada və Cholpon Ata-da Türkdilli dövlətlər arasında keçirilən zirvə görüşlərinin təşkil olunması qərara alınıb.

Türkdilli dövlətlərin iqtisadiyyatlarının bir-birini tamamlaması faktoru, üzv dövlətlərin biznes icmaları arasında iqtisadi əlaqələrin gücləndirilməsi və türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı etdirilməsi əsas hədəflərdəndir.                                      

Qurumun vəzifələri arasında üzv ölkələrin mal və xidmətlərin mübadiləsinə mane olan amilləri, o cümlədən nəqliyyat problemlərini aradan qaldırmaqla, bölgədə ticarətin asanlaşdırılmasını təmin etmək, xarici investisiya yatırımlarının artırılması məqsədilə investisiya mühitinin inkişafına kömək göstərmək və türkdilli dövlətlərin şirkətləri arasında yarana biləcək ticari mübahisələrin həllində yardımlaşma istiqamətləri də var.

Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatası eyni zamanda Türk Şurası Sammiti müddətində dövlət rəhbərlərinin İqtisadi Şurasının verdiyi təlimatları yerinə yetirmək funksiyası daşıyır.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatasının yaradılması barədə razılıq 14 dekabr 2018-ci il tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türkdilli Dövlətlərin Biznes Şurasının rəsmi görüşü zamanı əldə olunmuşdu.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment