1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell ADA Universitetinin tələbələri üçün master- klass təşkil edib
16.05.2019

Bakı, FinanceTime. Ölkəmizin aparıcı universitetləri ilə əməkdaşlıq edən, ali təhsil mərkəzlərinin maddi-texniki bazasının zənginləşdirilməsinə yardım göstərən “Azercell Telekom” MMC mütəmadi olaraq gəncləri maraqlandıran sahələr üzrə master-klasslar keçirir. Növbəti belə tədbir ADA Universitetinin tələbələri üçün təşkil olunub. Azercell-in Baş Ofisində keçirilən master-klassda ADA Universitetinin sonuncu kurs tələbələri iştirak edib. Azercell-in İstehlakçı Seqment Biznes Strukturu, “CRM” bölümünün rəhbəri Emil Əmirov, İstehlakçı Seqment Biznes Strukturu, Biznesin təhlili bölümünün aparıcı mütəxəssisi Zaur Hüseynov və Korporativ Seqment Biznes Strukturu, Məhsul və Xidmətlər bölümünün mütəxəssisiRüfət Qafarov tələbələrlə görüşərək, məhsulun yaradılması, biznes təhlili və analizi kimi vacib mövzularla bağlı öz zəngin təcrübələrini bölüşüblər.Həmçinin İnsan Qaynaqları departamentinin mütəxəssisləri tərəfindən iştirakçılara gənclərin peşəkar və fərdi fəaliyyətini dəstəkləmək məqsədilə yaradılan yeni "Azercell-Lab"- ödənişli təcrübə proqramının başlanması ilə bağlı məlumat təqdim olunub. Belə ki, Azercell iyul ayının 1-dən etibarən bakalavr və magistr tələbələri, həmçinin bakalavr və magistr dərəcələrində ali təhsillərini artıq tamamlamış gənclərə "İT-Lab" və "Biznes-Lab" inkubasiya mərkəzləri vasitəsilə peşəkar mühitdə karyera qurmaq imkanları,şirkət tərəfindən həyata keçirilən layihələrdə iştirak və əvəzolunmaz təcrübə qazanmaq fürsətləri yaradır. Məruzəçilər sonda iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

 “Azercell Telekom” MMC təhsilə və gənclərin inkişafına hər zaman xüsusi qayğı ilə yanaşıb. Bir sıra ali təhsil ocaqları ilə əməkdaşlıq memorandumları imzalayan şirkət, tələbələrin innovativ ideyalarının reallaşdırılmasına, onların təcrübəli və peşəkar kadr olaraq yetişdirilməsinə öz töhfəsini verib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment