1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“AmCham Azərbaycan”Əqli Mülkiyyət Hüquqlarının (ƏMH) müdafiəsinə hörmətlə yanaşır
16.05.2019

Bakı, FinanceTime.  Əqli Mülkiyyət Hüquqlarının (ƏMH) qorunması Azərbaycan iqtisadiyyatı və onun sonrakı inkişafı üçün olduqca əhəmiyyətlidir. ƏMH-ın qorunma səviyyəsi ölkənin iqtisadiyyatı və biznes investisiya mühitinin qiymətləndirilməsi üçün əsas göstəricilərindən biridir. Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və onun üzv şirkətləri ƏHM-ə hörmət etməyi və onu qorumağı, həmçinin, Azərbaycanda ƏMH-ın qorunması və tətbiqinin yaxşılaşdırılması üçün öhdəlik götürürlər.

Bu gün informasiya texnologiyalarının inkişafı əqli mülkiyyətin qorunması prinsiplərinin yeni nəzərdən keçirilməsini tələb edir. Əqli mülkiyyətin kütləsi artdıqca, mütənasib olaraq müəlliflik hüququ sahiblərinin maraqlarının pozulması ehtimalları da artır. Texnoloji inqilabın yeni bir mərhələsinə qədəm qoyarkən, ölkələr innovasiyaları inkişafın əsas aparıcısı kimi dəyərləndirir və bu çərçivədə ƏMH-ın qorunması texnologiya mütəxəssislərinin yeniliklərini və yaratma həvəslərini müdafiə edir.

AmCham ƏMH-ın ciddi qorunmasını təmin etmək məqsədi ilə bütün müəssisələrin hüquqlarının qanunla qorunması və biznes və innovasiya üçün arzuolunan mühitin yaradılması istiqamətində dövlət və özəl qurumlar tərəfindən həyata keçirilən bütün təşəbbüsləri dəstəkləyir. AmCham hazırladığı Ağ Sənədlərdə də ƏMH-ın müdafiəsinin rəqabətli bazar iqtisadiyyatının qurulması üçün əsas olduğunu qəbul edərək, ƏMH pozuntuları və kontrafakt halları ilə mübarizə mövzusunda tövsiyələrini də ardıcıl olaraq təqdim edib. AmCham Azərbaycan hökuməti və digər maraqlı tərəflər ilə Azərbaycanda ƏMH-ın qorunmasının təmin edilməsində əməkdaşlıq etməyə hər zaman hazır olduğunu bildirir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment