1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“AFB Bank” ötən ilin nəticələrini açıqlayıb
16.05.2019

Bugün Azərbaycanın aparıcı banklarından biri olan “AFB Bank” ASC media nümayəndələri ilə görüş təşkil edib.

Tədbirdə iştirak edən Bankın İdarə Heyətinin Sədri v.i. Aydın Hüseynov, İdarə Heyətinin sədr müavinləri Lalə Quliyeva və Natiq Namazov bankın fəaliyyəti barədəgeniş təqdimatla çıxış ediblər və jurnalistlərin suallarını cavablandırıblar.

“AFB Bank”-ın İdarə Heyətinin Sədri v.i. Aydın Hüseynov 2018-ci il üzrə bankın maliyyə nəticələrini media nümayəndələrinə təqdim edib. Onun sözlərinə görə “AFB Bank” 2018-ci ili 21 654 000 AZN mənfəətlə bitirib. Bank tərəfindən müştərilərə verilən kreditin həcmi 194 305 000 AZN, bankın aktivləri 417 530 000 AZN, məcmu kapitalı isə 84 937 000 AZN təşkil edib.“2018-ci ilin nəticələrinə əsasən “AFB Bank” aktivlərinin gəlirliliyinə görə 2-ci, kapital gəlirliyinə görə isə banklar arasında 3-cü yerdədir”- deyə A.Hüseynov bildirib.

Təqdimatdan sonra “AFB Bank”-ın ofisində jurnalistlər üçün media tur təşkil olunub. Jurnalistlər bankın iş prosesi ilə yaxından tanış olublar.

2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Müştərilərinə bütün növ bank xidmətləri və məhsulları təklif edən “AFB Bank” XÖHKS, AZİPS və SWIFT pul ödəniş sistemlərinin üzvüdür. Bankın ölkə üzrə ümumilikdə 11 filialı və 5 şöbəsi fəaliyyət göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment