1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank of Baku da “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi”nə öz töhfəsini verəcək!
13.05.2019

Bakı, FinanceTime. Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə 16-17 may 2019-cu il tarixində “FINTEX SAMMİT - Maliyyə və Texnologiyalar Sammiti: Ödəmə mühitində yeni trendlər: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” adlı tədbir keçiriləcək. Maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminə dair fikir və təcrübə mübadiləsinin keçiriləcəyi sammitdə dövlət qurumları və bir çox maliyyə təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı gözlənilir.

Sammitin keçiriləcəyi həftə - 13–17 may 2019-cu il həftəsi isə Azərbaycanda “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” elan edilmişdir. Ölkənin İnnovativ Bankı və 25 ildir ki, “Bank Sektorunun Akademiyası” adına sahib olan Bank of Baku da “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi”nə öz töhfəsini verəcək.  Ölkənin maliyyə və bank sektoruna gətirdiyi innovativ həlləri ilə təməl daşları qoyan və günün müasir bankçılıq trendlərini izləyərək yeniliklərə imza atan Bank “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi”ndə gələcəyin mütəxəssislərinə özəl, silsilə təlimlərə start verəcək.

Belə ki, Bank of Baku Bakı Mühəndislik Universitetinin texnoparkında fəaliyyət göstərən, maliyyə və əsasən informasiya texnologiyaları istiqamətində təhsil alan 20 tələbəyə özəl olaraq 14 may 2019-cu il tarixində “BOB Akademiya” təlim mərkəzində “Agile metodologiyasının əsasları” və “İT təhlükəsizlik” mövzusunda seminar təşkil edəcək. Ümumilikdə 2 saat davam edəcək təlimlər, Bank of Baku-nun təcrübəli mütəxəssisləri tərəfindən keçiriləcək.

Azərbaycan Banklar Assosiasiyası tərəfindən keçiriləcək sammit barədə ətraflı məlumatla bu linkə - https://www.gbmevents.az/az/event/fintex-sammiti-maliyye-ve-texnologiyalar-sammiti daxil olaraq, Bank of Baku-nun xidmət və ya məhsulları barədə isə Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və Bank of Baku-nun rəsmi veb səhifəsinə - www.bankofbaku.com daxil olaraq cavab tapa bilərsiniz.

 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment