1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in dəstəyi ilə Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub
13.05.2019

Bakı, FinanceTime. İnternetdən istifadə arealının genişlənməsi nəticəsində uşaqların, yeniyetmələrin üzləşə biləcəyi təhlükələri müəyyənləşdirmək və onları aradan qaldırmaq üçün “Azercell Telekom” MMC "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlərini davam etdirir. Kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadənin cəmiyyət üçün ən aktual məsələlərdən birinə çevrildiyini nəzərə alan şirkət layihə çərçivəsində indiyədək ölkəmizin müxtəlif bölgələrində məktəblilər, valideynlərvə müəllimlər üçün təlim sessiyaları təşkil edib. Növbəti təlimlərdən biri Sumqayıt şəhəri 31 saylı orta məktəbdə baş tutub. 6-9-cu sinif şagirdlərini, eləcə də onların müəllim və valideynlərini əhatə edən təlimlərdə iştirakçılara internetdə olan təhlükələr haqqında nəzəri və praktiki məlumatlar, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları haqqında məsləhətlər verilib. “Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən keçirilən və 140 nəfərin iştirakı ilə baş tutan təlimlərdə sosial şəbəkələrdən səmərəli istifadə ilə bağlı tövsiyələri, uşaqlar üçün yaradılmış resursların siyahılarını, uşaqlara və böyüklərə internetdən təhlükəsiz istifadənin əsaslarını təlqin edən materiallar təqdim olunub.

Qeyd etmək istərdik ki, ölkəmizdə kibertəhlükəsizlik sahəsində səmərəliliyin və maariflənmə səviyyəsinin artırılması və texniki hazırlığın yüksəldilməsi məqsədi ilə mart ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən baş tutan “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində də “Azercell Telekom” MMC -in təşkilatçılığı ilə silsilə təlimlər keçirildi. 

Onu da vurğulayaq ki, kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə məsələlərinə xüsusi önəm verən Azercell “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərinin də yer aldığı “Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib. Bu proqram uşağın sosial şəbəkələrdə paylaşımlarını, dostlar siyahısındakı dəyişiklikləri izləməyə,onun qoşulduğu qruplardan xəbərdar olmağa, həmçinin yerini müəyyənləşdirməyə və onun üçün təhlükəsiz ərazi yaratmağa imkanı verir.

Qeyd etmək istərdik ki, ötən il Azercell "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" layihəsi ilə “İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” nominasiyasında qalib seçilərək, Bürünc “Stevie” mükafatı qazanıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment