1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Banklararası şahmat turniri keçiriləcək
10.05.2019

Bakı, FinanceTime. 13-15 may 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüskarlığı və Azərbaycan Şahmat Federesiyasının dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş növbəti banklararası şahmat yarışı keçiriləcək.

Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə keçirilir.

Yarışda Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bankların əməkdaşları iştirak etmək hüququna malikdirlər. Yarış “İsveçrə” sistemi üzrə 9 turdan ibarət olaraq FİDE qaydalarına əsasən şəxsi hesab üzrə keçiriləcək.

Artıq 4-cü dəfə keçiriləcək və hər il böyük marağa səbəb olan yarışmada ötən il 28 kredit təşkilatından 80-nə yaxın nümayəndəsi iştirak edib. İştirakçılar arasında şəxsi komanda çempionatında “Azərbaycan Beynəlxalq Bankı” ASC qalib olmuşdur. 2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Rabitəbank” ASC və “Bank of Baku” ASC qərarlaşmışdır. Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr olunmuş banklararası şahmat yarışı ABA tərəfindən 2016-cı ildən illik əsasda keçirilir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment